Luis Suares Uruqvay millisi ilə növbəti matçına çıxıb.
27 yaşlı hücumçu Oman millisi ilə yoldaşlıq görüşündə 79 dəqiqə meydanda olub. Uruqvay yığmasının 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada L.Suares iki qol vurub.
Qeyd edək ki, L.Suares millidə sonuncu dəfə "DÇ-2014"də iyun ayında İngiltərə ilə matçda qol vurub.
Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə oyunda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Ancaq bu cəzalar yoldaşlıq matçlarına şamil edilmir.