İspaniya millisinin baş məşqçisi Visente del Boske gözlənilməz qərar verib.
O, "Avro-2016"nın seçmə mərhələsində Lüksemburqla görüşdə əsas heyətdə İker Kasilyasın əvəzinə David De Xeanı oynadıb.
Qeyd edək ki, İ.Kasilyas "Avro-2016"nın seçmə mərhələsində Slovakiyaya uduzduqları (1:2) matçda kobud səhvlər edib. Ancaq del Boske Kasilyasa dəstək olaraq onu bu səhvə görə əsas heyətdən kənarlaşdırmayacağını söyləmişdi.