“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub. Həlledici gündə bir çox favoritlər ümidləri doğrulda bilməyiblər. 49 kq çəki dərəcəsində Avropa çempionu Salman Əlizadə ötən il Azərbaycan çempionatında məğlub etdiyi Araz İmaməliyevə uduzub.
60 kq çəki dərəcəsində böyük maraqla gözlənilən Albert Səlimov – Elvin İsayev görüşündən daha təcrübəli birinci qalib ayrılıb.
64 kq çəki dərəcəsində son Azərbaycan çempionu Lorenso Sotomayorla Heybətulla Hacəliyevin də döyüşü gərgin keçib. Hakimlər qələbəni Kuba əsilli boksçuya veriblər.
Nikolay Veselov (75 kq) ilk dəfə iştirak etdiyi ölkəmiqyaslı yarışda 1-ci yeri tutub. “Baku Fires” klubunun üzvü həlledici döyüşdə Kamran Şahsuvarlıdan üstün olub.
Abdulqadir Abdullayev (91 kq) bir neçə dəfə uduzduğu Teymur Məmmədovdan bu dəfə revanş ala bilib. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Məmmədov 3-cü raundda texniki nokautla uduzub.
Qeyri rəsmi komanda hesabında “Baku Fires” klubu 1-ci nəticə göstərib. Bu klubun 5 boksçusu Azərbaycan kubokunda 1-ci yerə yiyələnib. “Gilan”ın 2 nümayəndəsi turnirin qalibi olub.
Final görüşlərinin nəticələri
49 kq
Salman Əlizadə (Gilan) – Araz İmaməliyev (Gilan) 1:2
52 kq
Elnur Şəfiyev (Rabitə) – İbrahim İbrahimov (Neftçi) 3:0