“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışı davam edir. Artıq turnirdə yarımfinalçıların adları məlum olub. 1/4 final mərhələsinin əsas gözlənilməz nəticələrindən biri 56 kq çəki dərəcəsində qeydə alınıb. “Baku Fires” klubunun üzvü, əvəllər gənclər arasında dünya çempionu olmuş Məhəmməd Qurbanov Kənan Hüseynəliyevə məğlub olub. 56 kq çəki dərəcəsində əsas favoritlərdən sayılan Tural Əhmədov Ceyhun İbrahimlini məğlub edərək, yarımfinala yüksəlib.
64 kq çəki dərəcəsinin iki əsas favoriti – milli komandamızın 1-ci nömrəsi Heybətulla Hacəliyev və ötən ilki ölkə çempionu Lorenso Sotomayor da ¼ final mərhələsini qələbə ilə başa vurublar.
75 kq çəki dərəcəsində yarımfinalda Xaybulla Musalovla Kamran Şahsuvarlının döyüşü maraq doğurur.
60 kq çəki dərəcəsində Elvin İsayev və Albert Səlimov da yarımfinala yüksəliblər. Dünya və Avropa çempionu Səlimov çətinlik çəkmədən Şamil İbrahimzadəni məğlub edib. “Qəbələ” klubundan Elvin Qəmbərov və “Baku Fires”dən Jaba Xositaşvili (81 kq) öz döyüşlərini nokautla başa vurublar.
Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq. Final döyüşləri saat 15.00-da başlayacaq.
Bu gün keçiriləcək yarımfinalda bu cütlüklər üz-üzə gələcək:
49 kq
Salman Əlizadə (Gilan) – Orxan Süleymanov (Neftçi)
Araz İmaməliyev (Gilan) – Maqomed İbiyev (Baku Fires)
52 kq
İbrahim İbrahimov (Neftçi) – Sərxan Babayev (Gilan)
Elnur Şəfiyev (Rabitə) – Murad Əliyev (Rabitə)
56 kq
Rəhim Nəcəfov (FHN) – Tural Əhmədov (Gilan)
Kənan Hüseynəliyev (Gilan) – Fərid Ağamoğlanov (Rabitə)
60 kq
Elvin İsayev (Gilan) – Nəsrəddin Məmmədov (Neftçi)
Nihad Seyidov (Qəbələ) – Albert Səlimov (Baku Fires)