"Barselona" klubunun müdafiəçisi Daniel Alveş mövsümün sonunda komandadan ayrılacaq.
Bu barədə 31 yaşlı futbolçunun özü açıqlamasında deyib.
Braziliya mətbuatına danışan təcrübəli futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyini bildirib: "Barselona"da son mövsümümü keçirirəm. Növbəti mövsümdən İngiltərədə oynayacağam".
Qeyd edək ki, 2008-ci ildə "Sevilya"dan transfer olunan Alveş "Barselona" ilə 4 dəfə La Liqa, 2 dəfə isə Çempionlar Liqasının kubokunu qazanıb.