PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Fransa Liqasının 4-cü turu çərçivəsində məğlub etdikləri "Sent Etyen"lə oyun haqda danışıb.
Bu görüşdə het-triklə yadda qalan isveçli forvard "goal.com"a açıqlamasında hələ də 100 faiz hazır olmadığını bildirib:
"Bu əla oyun idi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Het-trik etsəm də, hələ 100 faiz hazır deyiləm. Zədədən sonra indi-indi özümə gəlirəm. 5:0 hesablı qələbə PSJ-nin öz oyununu tapdığını göstərir".
Qeyd edək ki, "Sent Etyen" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibidir. Ağdam təmsilçisi qrup mərhələsində ilk matçını məhz evdə "Sent Etyen"ə qarşı keçirəcək.