Kosta-Rika millisinin baş məşqçisi Luis Suares Pinto istefa verib.
Bu barədə məlumatı FİFA-nın rəsmi saytı yayıb.
Bildirilib ki, 62 yaşlı mütəxəssislə Kosta-Rika Futbol Federasiyası arasında fikir ayrılıqları olduğunu üçün o, millidən ayrılıb.
Qeyd edək ki, L.Pintonun baş məşqçisi olduğu Kosta-Rika yığması "DÇ-2014"ün 1/4 finalına qədər yüksəlib. Bu mərhələdə komanda Hollandiyaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.