“Özümüzü çox xoşbəxt his edirik. Oyun çox ağır oldu. Təbii ki, dünya çempionatının oyunları belə olmalıdır”.
Bu sözləri Argentina millisinin baş məşqçisi Alexandro Sabelya Hollandiyaya qalib gələrək DÇ-ın finalına yüksəldikləri oyundan sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Almaniya ilə final oyunu haqda iddialı danışıb: “İndi biz finaldayıq. Öz gücümüzə bələdik. Bilirik ki, dünya çempionu olmağa qadirik Həm də buna layiqik. Hamımız bunun üçün çalışırq”.