Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 20:01:28  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Füzuli Musayev: «London olimpiadasında daha çox taekvondoçu ilə təmsil olunmaq şansımız var»
Tarix: 25.11.2011 | Saat: 13:25:00 | E-mail | Çapa göndər

Bu il Azərbaycan taekvondoçuları üçün düşərli oldu. Milli komanda mötəbər beynəlxalq yarışlarda uğurlu çıxış etdi. Dünya çempionatında ardıcıl 3-cü dəfə fərqlənən dayanq ustalarımız, London olimpiadasında mübarizə aparmaq imkanı da qazandılar. Sözü gedən idman növü ölkəmizdə populyar və aparıcı olduğundan, azarkeşlər taekvondoçularımızdan daim inamlı qələbələr gözləyirlər. Bəs görəsən, taekvondoçularımız həmin məsul vəzifənin öhdəsindən gələ biləcəklərmi? Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev «İdman» qəzeti və www.idman.com.az saytına müsahibəsində bu və digər məsələlərə belə aydınlıq gətirib:

- Füzuli müəllim, il başa çatır. Yığma komanda son bir beynəlxalq yarışda mübarizə aparmaqla mövsümə yekun vuracaq. Məncə, cari il taekvondoçularımız üçün düşərli oldu. Milli komandamız vəzifəsinin öhdəsindən gələ bildi: London olimpiadasına 2 lisenziya qazandı.

- Cari mövsümü yaxşı qiymətləndirirəm. Bu il bizim çox mötəbər yarışlarımız oldu. Bildiyiniz kimi, bunlardan ən mötəbəri və vacibi Bakıda keçirilmiş dünya olimpiya təsnifatlı beynəlxalq turnir oldu. Həmin yarışa 108 ölkə qatılmışdı. Döyüşlər çox çox gərgin və güzəştsiz keçdi. Elə bunun nəticəsi idi ki, ABŞ kimi aparıcı taekvondo komandası Bakıdan lisensiyasız qetdi. Hansı ki, bu kollektivin heyətində 2-qat olimpiya və 5-qat dünya çempionu olan Stiven Lopes kimi idmançı vardı. O, 2-ci döyüşdə iranlı həmkarına məğlub olaraq, mübarizəni dayandırdı. Heyətlərində 2 olimpiya çempionu olan Meksika və 4 dünya çempionu olan İspaniya yığması da uğursuzluğa düçar oldu. Türkiyə və Fransa kimi aparıcı taekvondo komandaları hərəyə cəmi 1 vəsiqə qazandılar.
Taekvondoçularımız isə, yüksək ustalıq nümayiş etdirərək, London olimpiadasına 2 lisenziya əldə etdilər. Bunlardan biri kişi, o biri qadın idmançı oldu. Biz olimpiya oyunlarına 3-cü dəfə qatılırıq. Sevindirici hal odur ki, ilk dəfə komandamızda qadın idmançı da yer alacaq.
İl ərzində təşkil olunmuş digər beynəlxalq yarışlarda da uğurlu çıxış etmişik, mükafatlar qazanmışıq. Gənc taekvondoçularımız da bu qələbələrdən kənar qalmayıblar. Avropa birinciliyində komandamız 1 gümüş və 1 bürünc medal qazanıb. Bu onu göstərir ki, əsas milli komandaya ehtiyat qüvvə yetişir və yığmanın böyük gələcəyi var.

- Olimpiyaçılarımız da daxil olmaqla, milli komanda üzvlərinin müxtəlif yarışlarda iştirakı sürətli xarakter alıb. Bu, nə məqsədlədir?

- Formada qalmaq üçün tez-tez yarışlarda iştirak etmək labüddür. Hazırda «G-1» yarışlarına xüsusi önəm veririk. Usta taekvondoçularımız bu il həmin turnirlərdə uğurlu çıxış etdilər. Xüsusilə də, olimpiadaya lisenziya qazanmış Fəridə Əzizova ilə Ramin Əzizov.
Qeyd edim ki, Dünya Taekvondo Federasiyasının bayrağı altında keçirilən bu yarışlarda qalibə 10 reytinq xalı verir. Nə qədər xal çox olarsa, bu taekvonçuya xeyirdir. Belədə, rəsmi yarışlarda güclü idmançılar ilk mərhələlərdə bir-biriləri ilə qarşılaşmırlar. Bu, çox vacib məqamdır. İlin «ən yaxşı taekvondoçusu» seçimində xalların hesablanmasında «G-1» turnirlərin nəticələri də qeydə alınır. Nəzərinizə çatdırım ki, «Azərbaycan-Open» beynəlxalq yarışı da «G-1» statusuna malikdir və o hər il Dünya Taekvondo Federasiyasının təqviminə daxil olunacaq.
Dekabrın 1-də olimpiyaçılarımız Londona test yarışına yollanacalar. Düzü, hər növ üzrə belə sınaqlar keçirilir. Məqsəd, idmançıların mühitə və saat qurşağına uyğunlaşması, olimpiadanın ab-havasını öncədən hiss etməsidir. Ayın ortalarında Fransanın açıq çempionatında da iştirak edəcəyik. Bu yarış olimpiya çəkiləri üzrə keçiriləcəyindən və «G-1» satusu daşıdığından bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Qadın idmançılarımız hazırda Koreya paytaxtı Seulda təlim-məşq toplanışındadırlar. Onlar Fransaya birbaşa oradan gələcəklər.

- London olimpiadasına hazırlıq konsepsiyası nədən ibarətdir?

- Biz hər yarışa iddialı yollanırıq. Ortada ciddi məqsəd varsa, demək, plan da olmalıdır. Proqramda dəyişiklik etmişik. Bildiyiniz kimi, yeni qaydalara əsasən taekvondoçular döyüş zamanı elektron jiletlərdən istifadə edirlər. Hakimlərin xal vermək imkanlarının demək olar ki, 50 faizi əllərindən alınıb. Hakimlər indi yalnız başa dəyən zərbələri qiymətləndirirlər; fırlanıb vurulan tutarlı zərbələrə bir xal artıra bilirlər. Bir sözlə, yaxşı döyüş, zərbəni dəqiq yerinə yetir və xalını al.
Hər gün 2 dəfə məşq keçirik. Hazırda komandada güclü rəqabət var. İlin sonunda keçiriləcək Azərbaycan çempionatında idmançılara bir daha ustalığını nümayiş etdirmək imkanı veriləcək. Özünü yaxşı tərəfdən göstərən taekvondoçu, olimpiadaya lisenziya uğrunda yarışda iştirak etmək hüququ qazanacaq. Qeyd edim ki, bu yarışda titulundan və nəticəsindən asılı olmayaraq bütün idmançılarımız iştirak edəcək.

- Yarışlarda hakim qərəzi müşahidə olunur. Bəzən bu, idmançının sinirlərini cilovlaya bilməyərək referiyə əl qaldırmaq həddinə çatır. Olimpiadalarda Rəşad Əhmədov da az haqsızlıqla üzləşməyib. Bir sözlə, Dünya Taekvondo Federasiyası obyektivliyə doğru hansı addımlar atır? Ümumən, bununla bağlı hansı işləri görüb?

- Birincisi, bayaq qeyd etdiyim elektron jilet məsələsi qaydalarda edilən dəyişiklərdən biridir. İkincisi, Bakıda hakimlər üçün beynəlxalq seminar təşkil olundu və buradan 25 hakim dünya çempionatında ədaləti qorumaq hüququ aldı. Belə tədbirlər digər qitələrdə də keçirdi. Dünya çempionatında özünü yaxşı tərəfdən göstərmiş 60 hakim paytaxtımızda təşkil eilmiş olimpiya təsnifat turnirə dəvət aldı. Buradan isə, 25 hakim London olimpiadasında döyüşləri idarə etmək imkanı qazandı. Sevindirici haldır ki, onların sırasında bizim təmsilçimiz Oh Kvonq Çeol (Orxan) da vardı.
Dünya Taekvondo Federasiyası ədalətli hakimlik istəqamətində indi çox işlər görür. Məsul yarışlara yüksək dərəcəli hakimlər yollanırlar. Olimpiada hakim qərəzi isə həsas məsələdir. Biz hamımız bilirik ki, olimpiya oyunları sülhə, ədalətə və hümanizmə xidmət edən nüfuzlu bir tədbirdir. Ona görə, bütün idman federasiyaları orada işlərini mükəmməl qurmağa çalışırlar.

- Füzuli müəllim, digər iştirak etdiyimiz olimpiadalarla müqayisədə, bu dəfə daha artıq (2-dən çox) lisenziya qazanmaq imkanımız var. Sizcə, taekvondoçularımız sonda bunu gerçəkləşdirə biləcəklərmi?

- İlin əvvəlində Tatarıstan paytaxtı Kazanda keçiriləcək Avropa olimpiya təsnifatlı beynəlxalq turnir bizim üçün həlledicidir. Həmin yarışda 2 vəsiqə də qazanmaq imkanımız var. Çalışacağıq ki, bu fürsətdən də maksimum yararlanaq. Çünki komandanın heyətində 4 idmançı olanda, medal qazanmaq ehtimalı çox olur. Ustəlik, yeni dəyişikliklər də bizə əlavə yol açıb. İndi taekvondo yarışlarında bürünc medalı bir deyil, iki idmançı qazana bilər. Amma boks idmanından fərqli olaraq, yarımfinalda uduzanlar birbaşa 3-cü yeri tutmayacaqlar; bürünc mükafat uğrunda daha bir görüş keçirəcəklər. Biz Afina və Pekin olimpiadalarında son anda medal qazanmaq şansı qaçırmışıq. Amma atalarımız, «üçəcən» deyib. Allah etsin, bu dəfə tilsimi qıraq və Vətənə medalla qayıdaq.

Söhbətləşdi: Kamran HACI

Xəbər 2206 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.12.2024 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
26.11.2024 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25.11.2024 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25.11.2024 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
21.11.2024 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
01.10.2024 Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
30.09.2024 Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
28.09.2024 Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
14.09.2024 Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
31.08.2024 Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru