Mayın 6-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kross üzrə rayon birinciliyi keçirilib.
Goranboy şəhərində 155 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edilməsi, atletika idman növünün təbliğ edilməsi və kütləviliyinə nail olmaq, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.
Sonda qaliblər idarənin fəxri fərman, kubok və qiymətli hədiyyələri ilə təltif ediliblər.