"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini ÇL-ın 1/8 final mərhələsində "Çelsi"yə qarşı keçirdikləri oyun (1:1) haqda açıqlama verib.
İtaliyalı çalışdırıcı komandasının çox səhvlərə yol verdiyini vildirib:
"Çelsi"yə həddindən artıq hörmətlə yanaşdıq. İlk 20 dəqiqədə 4-5 kobud səhvimiz oldu. İkinci hissədə isə oyuna nəzarəti ələ aldıq".
Mançini İzzət Hayroviçi ilk hissədə əvəzləməsinə də münasibət bildirib: "Yekta ilə oyuna başlamağı düşündüm. Ancaq hücum futboluna çox üstünlük verməkdən çəkindim. Qalib gəlmək üçün daha artığını etməli olsaq da, bacarmadıq. Turu keçmək üçün bundan yaxşı oynamalıyıq".