Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə, 10 yanvar 2025, 10:30:20  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
"Məcidovun döyüş stili peşəkar boksa çox uyğun gəlir"
Tarix: 13.10.2011 | Saat: 13:31:00 | E-mail | Çapa göndər

Bakıda keçirilən boks üzrə dünya çempionatında ingiltərəli Entoni Yoşuanı məğlub edərək, qızıl medala layiq görülən Məhəmmədrəsul Məcidov hazırda ictimaiyyətin diqqət mərkəzindədir. Peşəkar boks yarışlarında uğurla çıxış edən Məhəmməd Abdusalamov da milli komandamızın üzvü haqda danışıb:
- Mənim yaşadığım Dağıstanın Akuşinsk rayonunda əsasən kənd təssərüfatı ilə məşğul olan sadə, zəhmətkeş insanlar yaşayır. Bizim rayonda boksla məşğul olan ilk idmançılardan biri mənəm. Mənə qədər Akuşinsk rayonunda cəmi bir tanınmış boksçu var idi. Boksda uğurlu nəticələr əldə etdikdən sonra bir çox uşaqlar mənim yolumla getməyə başladılar. Çalışırdım ki, onların hamısını məşqlərə cəlb edim. Onların arasında Məhəmmədrəsul Məcidov və Abdulqadir Abdullayev də var idi. Azərbaycan milli komandasının 91 kq çəki dərəcəsində boksçusu olduğundan, Abdullayev dünya çempionatında iştirak edə bilmədi. Amma Abdulqadir də çox yaxşı boksçudur. O, ötən mövsüm “Baku Fires” klubunun heyətində WSB liqasında uğurla çıxış etdi. Güman edirəm ki, gələcəkdə o özünü yaxşı tərəfdən göstərə biləcək. Həm Məhəmmədrəsul, həm də Abdulqadir Dağıstanda mənimlə birgə məşq edirdilər. Onlar gözümün önündə yavaş-yavaş öz ustalıqlarını artırdılar. Rusiya milli komandasının birinci nömrələri həmin vaxt artıq müəyyənləşmişdi və ora düşmək mümkün deyildi. Böyük beynəlxalq turnirlərə getmək üçün onlar digər ölkələrin yığma komandalarında çıxış etməli idilər. Dağıstanda hamımıza məşq keçmiş yaxşı mütəxəssis var – Hacımurad Həziyev. O bizə tək məşqçilik yox, həm də böyük qardaşlıq edib. Və bu insan onların hamısına kömək etdi ki, Azərbaycan komandasının şərəfini qorusunlar. Orada daha bir istedadlı boksçumuz var – Osman Əliyev. Onun burnu sındığından dünya çempionatında iştirak edə bilmədi. Məcidova gəlincə, heyətə düşmək və qızıl medal qazanmaq üçün əlindən gələni etdi. Bu insanın ən böyük üstünlüyü qalibiyyəti ürəkdən istəməsi idi. O, hər döyüşdə var gücü ilə sonadək mübarizə apararaq, qələbəni təmin etdi.
Sonra Abdusalamov Məcidovun gec yaşda boksa gəldiyini bildirib:
- İndi Məcidovun 25 yaşı var. O, cəmi 5-6 ildir ki, boksla məşğul olur. İlk baxışdan bu bir az gec görünə bilər. Amma boksla məşğul olmaq heç vaxt gec deyil. Məsələn, mən 22 yaşda boksla məşğul olmağa başlamışam. Düzdür, buna qədər kikboksinqdən bəzi şeyləri öyrənmişdim. Təbii gücün hesabına işlərim yaxşı getməyə başladı. Məhəmmədrəsul haqda da eyni şeyləri demək olar. Onun yaxşı təbii gücü var, üstəgəl xarakter və mübarizliyi. O, mənim uzaq qohumumdur. Olimpiya oyunlarından sonra Məcidov peşəkar boksa getsə, yaxşı nəticələr əldə edə bilər. Ən əsası ona görə ki, onun döyüş stili peşəkar boksa çox uyğun gəlir. Artıq hərəkətlər yoxdur, hər iki əli ilə qüvvətli zərbələr vurur. Təbii gücü və döyüşü aqressiv şəkildə qurmağı da öz yerində. Əsas odur ki, dünya çempionatındakı kimi qalibiyyət istəyi olsun.

Xəbər 1478 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.12.2024 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20.12.2024 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07.11.2024 Dünya birinciliyində uğurla çıxış etmiş gənc boksçular vətənə qayıdıblar
02.11.2024 Azərbaycan boksçusu dünya birinciliyində gümüş medal qazanıb
31.10.2024 Azərbaycanın gənc boksçulardan ibarət millisi tarixi uğura imza atıb
30.10.2024 Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb
29.10.2024 Daha bir Azərbaycan boksçusu Gimnaziadada qızıl medal qazanıb
20.10.2024 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının gümüş medalını qazanıb
20.10.2024 Azərbaycan boksçusu Avropa çempionatında gümüş medal qazanıb
15.10.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medalı təmin edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru