Bakıda keçirilən boks üzrə dünya çempionatının ¼ final döyüşləri başa çatıb. 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov yarımfinala yüksəlməklə ən azı bürünc medalı özü üçün təmin edib.
Bununla da Məhəmmədrəsul London olimpiadasına vəsiqə qazanan 5-ci boksçumuz olub.
Qeyd edək ki, öz çəkisində ilk 2 döyüşdə Sərdor Abdullayev (Özbəkistan) və İsaia Mena Parraya (Kolumbiya) nokdaunla qalib gələn M.Məcidov ¼ finalda Erislandi Sabonu (Kuba) məğlub edib. O, kubalı rəqibini də vaxtından əvvəl məğlub edərək, mərhələ adlayıb. Məhəmmədrəsul rəqibini II raundda nokdauna salıb.
Yarımfinalda idmançımızın rəqibi Qazaxıstan boksçusu İvan Diçko olacaq.