Argentinalı yarımmüdafiəçi Pablo Aymar karyerasını “Cohor Darul Takzim” klubunda davam etdirəcək. “River Pleyt”, “Valensiya”, “Saraqosa” və “Benfika”nın sabiq futbolçusu Malayziya komandasıyla 2 illik müqavilə imzalayıb. 33 yaşlı oyunçunun burada qazacanağı maaş açıqlanmasa da, onun Malayziya futbolunun tarixində ən ödənişli futbolçu olacağı bildirilir.
Qeyd edək ki, Aymar Argentina millisində 52 oyun keçirib.