“Barselona”nın müdafiəçisi Daniel Alveş mövsümün sonunda komandadan ayrıla bilər.
Buna səbəb Kataloniya klubu Braziliya millisinin oyunçusuna yeni müqavilə təklif etməməyi qərara alıb.
Alveşin klubla anlaşmasının müddəti isə 2015-ci ilə qədərdir.
PSJ-nin maraq dairəsində olan oyunçunu “Barsa” gələn yay pul müqabilində sata bilər. Əks təqdirdə Alveş 2015-ci ildə azad agent kimi klubu tərk edə bilər.