Türkiyə millisi "DÇ-2014"ün seçmə mərhələsində sentyabrın 10-u səfərdə oynayacağı Rumıniya ilə matça ciddi itkilərlə çıxa bilər.
Dünən Andorra ilə qarşılaşmada (5:0) yığmadan Burak Yılmaz, Nuri Şahin və Ümid Bulut zədələnib. Onlar millinin bu günkü məşqinə bu səbəbdən iştirak edə bilməyib.
Hər üç futbolçunun müayinəsinin davam etdirildiyi bildirilib.
Qeyd edək ki, Rumıniya - Türkiyə matçı senyabrın 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.