Türkiyənin "Beşiktaş" klubu yeni sponsoru "Vodafone" ilə rəsmi müqavilə imzalayıb.
Şirkət 2014/2015 mövsümündən etibarən 3+2 il ərzində klubun titul sponsoru olacaq. Bundan "qara qartallar" ümumilikdə 29 milyon avro qazanacaq.
Bundan başqa, "Vodafone" ilə reklam haqqları, stadionun adı və stadion texnalogiyaları üçün 10+5 illik müqavilə imzlanıb. Bunun sayəsində isə klubun 116 milyon avro qazanacağı bildirilib.
Yeni müqaviləyə əsasən, "Beşiktaş" ev oyunlarını keçiridiyn "İsmət İnönü” stadionu bundan sonra "Vodafone Arena" olacaq.