Fransanın Kamrai şəhərində qadın otüstü hokkeyçilər arasında Avropa çempionatının 2-ci dəstəsinin matçları davam edir. İdman.com.az saytı xəbər verir ki, qitənin 8 ən güclü seçmə komandası sırasına vəsiqə qazanmaq üçün mübarizə aparan Azərbaycan millisi bu gün “A” qrupunda sonuncu görüşünü keçirib.
Litvalı həmkarları ilə qarşılaşan otüstü hokkeyçilərimiz, rəqibini böyük hesabla məğlub edib - 5:0. Bu qələbədən sonra xalını 7-yə yüksəldən Adil Paşayevin komandası qrupda ilk pilləni tutaraq, yarımfinala vəsiqə qazanıb.
1/2 finalda Azərbaycan millisi polşalılarla üz-üzə gələcək. Matç iyulun 27-də baş tutacaq.