Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
14.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
26/05 | 20:55 Atletika üzrə ölkə çempionatına yekun vurulub
26/05 | 20:29 Basketbol üzrə muxtar respublika turnirində “Naxçıvan” komandası qalib gəlib
26/05 | 19:46 Ağır atletika üzrə Azərbaycan birinciliyində yaşı 15-dək olan oğlanların yarışına yekun vurulub
26/05 | 17:27 Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir
26/05 | 16:28 U-16 Liqasının qalibləri mükafatlandırılıb
26/05 | 15:08 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib
26/05 | 12:07 “Təhsil” U-13 Qızlar Liqasının qalibi olub
25/05 | 22:45 Ağır atletika üzrə Azərbaycan birinciliyinin ilk günündə Səma Mayılova və Lalə Rzazadə qalib olublar
25/05 | 20:04 İyirmi üç yaşadək cüdoçular arasında paytaxt birinciliyinə start verilib
25/05 | 19:22 Atletika üzrə Azərbaycan çempionatı başlayıb
25/05 | 18:21 Voleybol üzrə Azərbaycan millisi səfərdə Bolqarıstan yığmasının qonağı olacaq
25/05 | 17:20 “Səbail” klubu iki futbolçu ilə yollarını ayırıb
25/05 | 15:55 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mini-futbol turniri keçiriləcək
25/05 | 14:43 Azərbaycan-Makedoniya oyunu heç-heçə yekunlaşıb
25/05 | 13:44 Azərbaycan Triatlon Federasiyasında qarşıdakı yarışlara hazırlıq prosesi müzakirə edilib
25/05 | 12:09 Şabranda kross qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb
25/05 | 10:09 Azərbaycanın yeniyetmə həndbolçuları gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunları keçiriblər
24/05 | 22:13 Karateçimiz Yaponiyada bürünc medal qazanıb
24/05 | 21:04 “Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb
24/05 | 18:07 Çempionlar Liqasının 2019/2020-ci il mövsümünün final oyunu İstanbulda keçiriləcək
24/05 | 17:03 Azərbaycan Milli Karate Federasiyasının prezidenti yığmanın heyəti ilə görüşüb
24/05 | 15:35 Azərbaycan damaçısı Avropa çempionu olub
24/05 | 13:07 Divaradırmanma üzrə muxtar respublika turnirində 60-a yaxın idmançı iştirak edib
24/05 | 12:19 “Qəbələ” komandası U-13 Liqasının qalibi olub
24/05 | 11:26 Azərbaycanın U-20 millisi makedoniyalı həmyaşıdları ilə qarşılaşacaq
24/05 | 10:34 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib
23/05 | 22:33 Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
23/05 | 20:08 “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub
23/05 | 18:34 2026-cı il dünya çempionatının Bakıda təqdimatı olub
23/05 | 17:26 Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib
23/05 | 16:17 Karateçilərimiz açıq Asiya kuboku yarışlarında uğur qazanıblar
23/05 | 14:37 Yeniyetmə gimnastımız Macarıstanda bürünc medal qazanıb
23/05 | 13:06 Yeniyetmə həndbolçularımız Bosniya və Herseqovinada keçiriləcək yarışda “B” qrupunda mübarizə aparacaqlar
23/05 | 12:35 Boksçularımız mundial və Olimpiadanın hazırlığına başlayıblar
23/05 | 11:05 Azərbaycanın U-19 millisi bolqarıstanlı həmyaşıdları ilə qarşılaşıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 5 3 37-13 65
2 Qəbələ 28 14 7 7 43-26 49
3 Neftçi 28 14 4 10 39-28 46
4 Zirə 28 12 8 8 36-30 44
5 Sumqayıt 28 11 7 10 34-33 40
6 Keşlə 28 8 7 13 29-39 31
7 Səbail 28 6 5 17 19-39 23
8 Kəpəz 28 3 5 20 18-47 14
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
Tarix: 11.05.2018 | Saat: 10:20:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı mayın 10-da başa çatıb.

Şahmat Mərkəzində festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.

146 şahmatçının mübarizə apardığı “C” qrupunda 6 yaş qrupu üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Murad Mehtizadə (Bakı), Əhmədağa Həşimov (Bakı), Əli Zuqanov (Bakı), qızların mübarizəsində isə Səlbinaz İsmayılova (Bakı), Lalə Hüseynova (Bakı) və Aydan Şükürova (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla Əli Zuqanov olub.

Sonra yarışda yaxşı nəticə göstərmiş ən kiçikyaşlı şahmatçı Əli Qarayev (Naxçıvan) mükafatlandırılıb.

“B” qrupunda turnir cədvəlinin liderləri eyni xal toplayıblar. Belə ki, Ağdam şahmatçısı Fariz Əhmədov (2146) son turda məğlub olmasına baxmayaraq, liderliyi əldən verməyib. Sumqayıt şahmatçısı Uğur İlyaslı (2095) ikinci, Bakı şahmatçısı Şahin Hüseynov (2182) isə 7 xalla üçüncü olub. Bu qrupda naxçıvanlı şahmatçılardan ən yaxşı nəticəni Sadiq Qarayev (1530) göstərərək (6 xal) mükafatçılar sırasına düşməyi bacarıb.

58 zəka sahibinin mübarizə apardığı “A” qrupunda qalib adını qrossmeyster Nicat Məmmədov (2602) qazanıb. Son turda azərbaycanlı zəka sahibi hollandiyalı qrossmeyster Sergey Tiviyakovla xalları yarı bölüb. Hər iki şahmatçının 6,5 xalı olmasına baxmayaraq, Nicat Məmmədov göstəricilərinə görə rəqibini qabaqlayıb. Digər pillələrdə qərarlaşan Eltac Səfərli, Qədir Hüseynov, İqor Xenkin, Anton Korobov, Ehsan Qaem Məqami, Orxan Abdulov və Pak Yevgeni də mükafatlandırılıblar.

Naxçıvanlı zəka sahibi, qrossmeyster Urfan Sevdimalıyev ən yaxşı nəticə göstərən şahmatçı kimi mükafata layiq görülüb. Həmçinin digər təmsilçimiz, FIDE ustası Sadiq Məmmədov beynəlxalq usta, azərbaycanlı FIDE ustası Aydan Höcətova isə qrossmeyster normasını (bir hissəsini) uğurla başa vurublar.

“A” qrupunda 18 yaşa qədər şahmatçılar arasında ən yaxşı nəticəni göstərən beynəlxalq usta Vüqar Əsədliyə xüsusi mükafat təqdim olunub.

Sonda çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında artıq 8 ildir şahmat festivalı keçirilir. Bu qədim diyarda dahi şəxsiyyətin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi böyük məna və əhəmiyyət kəsb edir. 2011-ci ildən keçirilən şahmat festivalları dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, onların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalını bağlı elan edən Vüqar Səfərov maraqlı və çətin mübarizə şəraitində keçən şahmat yarışının iştirakçılarını və qaliblərini təbrik edib, bu mötəbər yarışın təşkilatçılarına öz dərin minnətdarlığını bildirib.

Bununla da “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı başa çatıb.

Qeyd edək ki, 9 turdan ibarət olan festivalda 300-dən çox zəka sahibi “A”, “B” və “C” qruplarında iştirak ediblər. Festivalda 15 ölkənin şahmatçıları ağ-qara taxtada mübarizə aparıblar.
Xəbər 56 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.05.2018 Basketbol üzrə muxtar respublika turnirində “Naxçıvan” komandası qalib gəlib
25.05.2018 Şabranda kross qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb
24.05.2018 Divaradırmanma üzrə muxtar respublika turnirində 60-a yaxın idmançı iştirak edib
23.05.2018 “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub
23.05.2018 Masallıda taekvando üzrə açıq rayon birinciliyinə yekun vurulub
22.05.2018 Velosiped yarışı üzrə muxtar respublika turniri başa çatıb
21.05.2018 Sərbəst güləş üzrə muxtar respublika turnirinə yekun vurulub
18.05.2018 Masallıda cüdo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
17.05.2018 Binəqədi rayonunda idman yarışlarının qalibləri mükafatlandırılıb
17.05.2018 Astarada futbol üzrə rayon birinciliyinə yekun vurulub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Azərbaycan futzalının 5-ci qitə cəhdi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru