Binəqədi rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş voleybol üzrə turniri keçirilib.
Qızlar arasında təşkil olunan yarış 248 nömrəli tam orta məktəbdə baş tutub.
Yekun nəticələrə görə, birinci yeri 248 nömrəli tam orta məktəbin voleybolçuları tutublar. İkinci yerə 267, üçüncü pilləyə isə 244 nömrəli orta məktəblərin komandaları layiq görülüblər.
Yarışın qalib və mükafatçıları Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.