Azərbaycan cüdoçuları Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.
Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.