Dekabrın 24-də Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 248 saylı tam orta məktəbdə 2 fevral – “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib.
Tədbirin keçirilməsində məqsəd, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmağa təşviq edilməsi olub.
Yekun nəticələrə görə, 248 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 267 və 244 saylı tam orta məktəbin komandaları ikinci və üçüncü yerləri tutublar.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.