UEFA prezidenti kreslosuna oturduğu 2007-ci ildən bəri maraqlı fikir və təklifləri ortaya atıb, həyata keçirən Mişel Platini, son olaraq yenə müzakirə ediləcək bir mövzunu da gündəmə gətirdi. Fransız futbol adamı qarşılaşma zamanı qulaqlıq və mikrofon vasitəsiylə bir-biriləri arasında ünsiyyət quran hakimlərin danışıqlarının yazılmasının lazım olduğunu bildirdi.
İdman.com.az saytı xəbər verir ki, mövzuyla əlaqədar olaraq, UEFA baş katibi Cianni İnfantinoya bəzi tapşırıqlar verdiyini dilə gətirən Platini danışıqların yazılması istiqamətində bir iş başlaya biləcəyinə siqnal verdi.
Mişel Platini UEFA-ya başçılığı dövründə 5 hakim tətbiqini həyata keçirib, 2020-ci il Avropa çempionatının 13 fərqli şəhərdə keçirilməsinə qərar verib, Avro-2016-ya 24 komandanın qatılmasını təsdiqlədib. Platini həmçinin UEFA Kubokunun adını Avropa Liqası olaraq dəyişdirib və UEFA sıralamasında balı aşağı bəzi ölkələrin Çempionlar Liqasında iştirakını asanlaşdıran addımlar atıb.
|