Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
11/07 | 21:42 “Vaşinqton”un iki basketbolçusu koronavirusa yoluxub
11/07 | 19:31 Fəhmin Muradbəyli "Neftçi"yə qayıdıb
11/07 | 18:21 Azərbaycan şahmatçıları blits üzrə onlayn turnirdə iştirak edəcəklər
11/07 | 18:06 Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib
11/07 | 16:59 Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb
11/07 | 15:28 "Neftçi" Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb
11/07 | 14:52 Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları azarkeşlərin yarışları izləmələrinə şərait yaradacaqlar
11/07 | 12:44 "Barselona" klubu Pau Qazolla maraqlanmır
11/07 | 11:41 Kərim Benzema ötən ayın ən yaxşı futbolçusu adına layiq görülüb
11/07 | 10:50 Azərbaycan həndbolunun əfsanələri
11/07 | 09:49 Bruno Fernandes iyun ayının ən yaxşı futbolçusu seçilib
10/07 | 22:50 Qran-Pri turnirinin üçüncü mərhələsinin finalçıları müəyyənləşib
10/07 | 21:03 Şahmatçılarımız Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcək
10/07 | 20:57 “Uimbldon” turnirinin qalibi Novak Cokoviçə dəstək olub
10/07 | 19:32 Azərbaycan futbolçusu Moldova klubunda debüt edib
10/07 | 18:36 Şahmatçımız Gülnar Məmmədova blits üzrə onlayn turnirdə birinci yeri tutub
10/07 | 18:16 “Keşlə” klubu hücumçusu ilə yeni müqavilə imzalayıb
10/07 | 17:35 Şahmat üzrə Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək
10/07 | 17:24 “Neftçi” klubu qapıçısı ilə müqaviləni yeniləyib
10/07 | 16:49 “Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib
10/07 | 14:50 Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final yarışlarının qalibləri müəyyənləşib
10/07 | 13:17 “Red Bull”: Sebastyan Fettel üçün yerimiz yoxdur
10/07 | 12:48 “Qarabağ” klubu Azərbaycan millisinin qapıçısını transfer edib
10/07 | 11:27 Pelleqrini "Real Betis"in baş məşqçisi təyin olunub
10/07 | 10:21 "Zirə" klubu cari mövsümdə qarşılaşdığı bütün rəqiblərdən xal alıb
10/07 | 10:00 Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək
10/07 | 09:58 Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib
09/07 | 21:53 Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb
09/07 | 20:06 Tokio olimpiadasında yarışlara bilet almış azarkeşlər pulları geri ala biləcəklər
09/07 | 19:12 Şamaxıda stadion inşa olunur
09/07 | 18:44 Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib
09/07 | 18:17 Azərbaycan triatlonçularının iştirak edəcəkləri Avropa çempionatının vaxtı açıqlanıb
09/07 | 17:40 Qadın şahmatçılar arasında Qran-Pri turnirinin dörddəbir final yarışları keçirilir
09/07 | 16:41 Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna keçidi rəsmiləşib
09/07 | 15:52 “Sumqayıt”ın futbolçusu bundan sonra “Sabah”ı təmsil edəcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Ağdaş şəhər stadionunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 07.07.2005 | Saat: 16:20:00 | E-mail | Çapa göndər
- Əziz dostlar,
- Əziz ağdaşlılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Ağdaşdayam, çox sevinirəm, çox şadam ki, burada işlər yaxşı gedir. Yeni müəssisələr açılır, infrastruktur layihələri həyata keçirilir. Bu gün səhər yeni tikilmiş yardımçı stansiya ilə tanış oldum. Mənə söz verdilər ki, daha burada işıq problemi olmayacaqdır. Əminəm ki, biz buna nail olacağıq. Yeni müəssisələrin yaranması, yeni iş yerlərinin açılması, ümumiyyətlə, regionların inkişafı bizim ən əsas məsələlərimizdir. Son ilyarım ərzində bu istiqamətdə böyük işlər görülübdür. Azərbaycanda 220 mindən artıq yeni iş yeri açılıbdır. Yoxsulluğun səviyyəsi aşağı düşübdür. İşsizliklə mübarizə sürətlə gedir. Ümumiyyətlə, iqtisadi inkişaf sürətlə gedir və bu baxımdan Azərbaycan indi dünyada lider dövlətdir.
Bütün bunların əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1990-cı illərdə, o ağır, çətin günlərdə Azərbaycan xalqı öz lideri Heydər Əliyev ətrafında sıx birləşərək öz siyasətini cəsarətlə, uğurla həyata keçirməyə başladı. İqtisadi islahatlar, yeni müəssisələrin açılması və xüsusilə Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi Azərbaycanda iqtisadi inkişafa güclü təkan verir. Bu gün biz bunun bəhrələrini görürük. Bizim vəzifəmiz ölkəmizi daha da gücləndirmək, iqtisadi potensialı möhkəmləndirmək, Azərbaycanda sabitliyi, əmin-amanlığı qorumaq və Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün şərait yaratmaqdır.
Bütün bu məsələlər ardıcıl şəkildə öz həllini tapır. Prezident seçkilərində ağdaşlıların məni dəstəklədiklərini bilirəm, mən buna arxalanıram və görürsünüz ki, prezident seçkilərindən keçən dövr ərzində nəzərdə tutulmuş bütün layihələr, proqramlar öz həllini tapmaqdadır. Hazırda mənim diqqətimi ən çox çəkən regionların inkişafıdır. Biz bütün gücümüzü bu istiqamətə verməliyik ki, Azərbaycanın bölgələri inkişaf etsin, canlanma daha da sürətlənsin və bölgələrdə yaşayan insanların yaşayış səviyyəsi, həyat səviyyəsi yaxşılaşsın.
Bakı bizim paytaxtımızdır, əziz, doğma şəhərimizdir. Ancaq Azərbaycanın gələcəyini bölgələr müəyyən edəcəkdir. Bölgələrdə güclü insan potensialı var. Biz gərək burada güclü iqtisadi potensial da yaradaq və əminəm ki, buna nail olacağıq.
Ağdaşda işlər yaxşı gedir. Bu gün vəziyyətlə tanış olarkən bunu bir daha gördüm. Düzdür, yerlərdə olan vəziyyət barədə kifayət qədər məlumatlarım vardır. Amma istəyirəm hər şeyi öz gözümlə görüm. Ona görə də bu gün burada quruculuq işlərini görəndə çox sevinirəm. Çox istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin. Çox istəyirəm ki, Azərbaycanın bölgələri - bütün rayonları, rayon mərkəzləri, kəndlər abadlaşsın, quruculuq işləri daha da sürətlə getsin, Azərbaycan güclü dövlətə çevrilsin.
Biz indi regionda çox önəmli mövqelərə malikik. Azərbaycan regionda aparıcı ölkəyə çevrilməkdədir. Bizim məqsədimiz öz mövqelərimizi daha da möhkəmləndirmək, regionda gedən proseslərə daha da güclü təsir göstərmək və Azərbaycanı, Azərbaycan xalqını ən çox narahat edən, ən ağır problemimiz olan Dağlıq Qarabağ məsələsini həll etməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Azərbaycan bu gün öz siyasi və diplomatik gedişləri ilə danışıqlar prosesində müəyyən irəliləyişə nail olubdur. Ümid edirəm ki, danışıqlarda irəliləyiş daha da sürətlə gedəcək və haqq-ədalət bərpa olunacaqdır. Azərbaycan öz torpaqlarını azad edəcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və qaçqın-köçkün soydaşlarımız öz yerlərinə qayıdacaqlar. Bunu etmək üçün, əlbəttə ki, həm siyasi tədbirlərlə yanaşı, iqtisadi tədbirlər də görülməlidir. Gücümüz olmalıdır, güclü dövlət yaratmalıyıq, güclü ordu yaratmalıyıq və biz bunu edirik. Büdcəmiz ildən-ilə artır, hərbi gücümüz artır. Yaxın zamanlarda Azərbaycan iqtisadi potensialına görə çox güclü dövlətə çevriləcəkdir.
Yenə deyirəm, Ağdaşda gedən quruculuq, abadlıq işləri məni çox sevindirir və hesab edirəm ki, biz buraya daha da böyük diqqət, kömək göstərməliyik. Mən Bakıya qayıdanda lazımi tədbirlər görəcəyəm. Hesab edirəm ki, burada yolların təmirinə də ehtiyac var. Əlbəttə ki, yerli orqanlar bunu etmək iqtidarında deyillər. Çünki bu iş vəsait tələb edir. Mən Bakıya qayıdan kimi lazımi göstərişlər verəcəyəm ki, Ağdaşın yolları abadlaşdırılsın, yeni asfalt salınsın. Eyni zamanda, bu gün Heydər Əliyev adına parkda ağsaqqallarla görüşdə müraciət olundu ki, Ağdaşda olimpiya kompleksi tikilsin. Bu stadion gözəldir, görürəm ki, idmançılar da çox hazırlıqlıdırlar. Amma bəlkə də çoxdan vaxt çatıb ki, Ağdaşda müasir olimpiya kompleksi yaradılsın. Onun böyük salonları, üzgüçülük hovuzu olsun və müxtəlif idman növləri ilə məşğul olmaq üçün şərait yaradılsın. Biz bunu da edəcəyik və burada o kompleksi tikəcəyik. Gələcəkdə bütün başqa məsələləri həll etmək üçün də imkanımız var.
Ölkəmizin iqtisadi potensialı güclənir. Bizim maliyyə durumumuz yaxşılaşır, büdcəmiz artır. 2005-ci ilin büdcəsi 2004-cü illə müqayisədə təxminən 40 faiz artmışdır. 2006-cı ilin büdcəsində, - bu yaxınlarda ona baxılmasına başlanacaq, - çox kəskin artım nəzərdə tutulmalıdır. Mən hökumət qarşısında belə vəzifə qoymuşam. Beləliklə, maddi imkanlarımız artdıqca, biz gərək bundan istifadə edək ki, bütün bölgələrdə inkişaf olsun. Abadlıq, quruculuq işləri aparılsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın. Sizə dedim, məni əmin etdilər ki, burada işıq problemi olmayacaqdır. Su təchizatı, qaz təchizatı ilə bağlı olan problemlər və digər infrastruktur layihələr həllini tapmalıdır. Bunların hamısını həll edəcəyik, bizim proqramımız, regionların inkişafı proqramı var və uğurla icra olunur. Bu proqram 2004-cü ilin fevral ayında qəbul edilib və indiyə qədər nəzərdə tutulmuş bütün məsələlər həyatda öz əksini tapıbdır. Bizim sözümüz həmişə həyatda öz əksini tapır. Əsas məsələ odur ki, sözlə əməl arasında vəhdət olsun. Bu da bizdə var. Verilmiş vədlərə sadiqik, qarşıya qoyduğumuz bütün məsələləri həll edirik.
2005-ci il Azərbaycan üçün çox önəmli ildir. Bu il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatacaqdır. Eyni zamanda, Azərbaycanda bu il parlament seçkiləri keçiriləcəkdir. Mən əminəm ki, parlament seçkiləri ədalətli, şəffaf keçiriləcək, Azərbaycan xalqının iradəsi, arzusu, istəyi seçkilərin nəticələrində öz əksini tapacaqdır. Biz hamımız hazırlaşmalıyıq ki, seçkilər ədalətli, şəffaf keçsin. Həm Bakıda, həm də ki, bölgələrdə bütün namizədlərə eyni şərait yaradılmalıdır. Azərbaycan xalqı müdrik xalqdır, yaxşını pisdən yaxşı ayıra bilir. Azərbaycan xalqına xəyanət etmiş, vaxtilə ölkəni uçuruma aparan qüvvələrə artıq Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Bu, artıq tarixin arxividir. Azərbaycanın gələcəyi tam başqa istiqamətdə inkişaf edəcəkdir. Yenilik olmalıdır. Gənc nəsil daha da fəal olmalıdır. İnkişaf, quruculuq olmalıdır, real iş olmalıdır. Seçkilərdən seçkilərə xalqa müraciət edən, ondan səs istəyən siyasətçilərə Azərbaycan xalqı öz münasibətini çoxdan bildiribdir. Əgər kimsə indiyədək daşı daş üstünə qoymayıbsa, xalqına heç bir xidmət etməyibsə, əməli işləri ilə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində töhfə verməyibsə, o siyasətçilərdən heç nə gözləmək lazım deyildir. Azərbaycan xalqı real işə, əmələ öz dəstəyini verir. Siyasətçinin xalqa olan məhəbbətinə, bağlılığına səs verir. Bunu biz hiss edirik. Bir daha demək istəyirəm ki, prezident seçkilərində mən bu dəstəyi hiss eləmişəm və ona bu gün də arxalanıram. Azərbaycanın haqq sözünü dünyada cəsarətlə demək üçün, siyasi və iqtisadi islahatları davam etdirmək üçün, ölkəmizin mövqelərini möhkəmləndirmək üçün, Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrə sərt cavabların verilməsi üçün xalqın dəstəyi lazımdır. Bu dəstək olmasa, bunların heç birini etmək mümkün deyildir. Bu dəstək var və o, mənə də qol-qanad verir. Mənə imkan verir ki, heç kimdən çəkinmədən, heç kimə fikir vermədən dünyanın ən mötəbər kürsülərindən sözümü deyim və deyəcəyəm də. Çünki bizim işimiz haqq işidir, ədalət bizim tərəfimizdədir.
Bizə təzyiq etmək istəyən qüvvələrə bu gün bir daha deyirəm ki, bu cəhdlərin heç bir nəticəsi olmayacaq, Azərbaycan xalqının iradəsi, Azərbaycan xalqının dəstəyi bizim üçün bayraqdır, bizim üçün bir işıqdır. Bu amilə əsaslanaraq biz ölkəmizi irəliyə, xoşbəxt gələcəyə aparacağıq.
Burada mən gəncləri görürəm. Gənclər bizim gələcəyimizdir. Bilirsiniz ki, mən gənclərə həmişə böyük diqqətlə yanaşmışam. Bir müddət əvvəl özüm də gənc idim və idmanla da məşğul olurdum, bu gün də məşğulam. Həm də ki, idmana rəhbərlik edirəm. Gəncləri belə möhkəm görəndə, onların vətənpərvərlik ruhunu görəndə çox sevinirəm. Azərbaycanın gələcəyi bax, budur, bu gənclərdir, idmançılardır, gənc nəsildir. O nəsil ki, daha da yaxşı şəraitdə yaşayacaqdır.
Biz gənclərin qayğıları ilə yaşayırıq. İndi məktəblərin tikintisi sürətlə gedir, geniş vüsət alıbdır. Bütün məktəblərdə kompüter sinifləri yaradılacaqdır ki, gənclərimiz, şagirdlərimiz dünyada gedən bütün proseslərdən xəbər tuta bilsinlər. Bir sözlə, gənclər bü gün Azərbaycanın çox fəal təbəqəsidir və gələcəkdə Azərbaycanı onlar idarə edəcəklər. Biz Azərbaycanı onlara təhvil verəcəyik, iqtidarı onlara təhvil verəcəyik. Bir neçə ildən sonra indiki gənclər Azərbaycanda rəhbərliyə gələcəklər. Onlar gərək elə təhsil alsınlar, elə tərbiyə alsınlar, elə olsunlar ki, Azərbaycanı ləyaqətlə idarə eləsinlər, Azərbaycanın qarşısında duran bütün məsələləri həll etsinlər.
Bu gün mən gənclərə müraciət edirəm: Mən sizinləyəm, sizə həmişə dəstək olmuşam. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm.
Əziz dostlar, əziz ağdaşlılar!
Sizi bir daha ürəkdən salamlayıram, sizi öpürəm, bağrıma basıram. Mən səhərdən buradayam. Siz məni çox səmimi, hərarətlə qarşılayıbsınız. Bunu hiss edirəm, duyuram və bu mənə güc verir. Mən xalqın mənə olan münasibətindən güc alıram. Prezident kimi fəaliyyətimin əsas mənbəyi də xalqın iradəsidir. Mən bu amalla yaşayıram və bundan sonra da belə yaşayacağam.
Bir daha sizin hamınızı salamlayıram, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

7 iyul 2005-ci il
Xəbər 1681 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru