Azərbaycanın 3 boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində növbəti mərhələyə adlayıb.
Nihat Qasımov (48 kq) 1/16 finalda Vaxtanq Jamkoçyana (Rusiya) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə qalib gəlib.
Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan Corc Frensislə (İngiltərə) üz-üzə gələcək.
Rza Rzayev də Avropa birinciliyinə qələbə ilə başlayıb. 70 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Petros Topalosu (Yunanıstan) məğlub edib – 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). O, növbəti döyüşdə italiyalı Tiberio Nokadellonu sınağa çəkəcək.
Səftər Məmmədzadə (+80 kq) isə 1/8 finalda Erik Lalmiyevlə (İsrail) gücünü sınayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Boqdan Bajzertlə (Polşa) döyüşəcək.
Qeyd edək ki, Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.
|