Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan idmanı 2023-cü ildə: ilklər, rekordlar, ölkə və beynəlxalq miqyaslı yarışlar
Tarix: 30.12.2023 | Saat: 13:34:00 | E-mail | Çapa göndər
Başa çatmaqda olan 2023-cü il Azərbaycan idmanında böyük uğurlar və ilklərlə yadda qaldı.

Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində hər il olduğu kimi, bu il də bütün dünyanın idman nəbzi Azərbaycanda döyündü.

Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda bu il keçirilən gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, həndbol üzrə 17 yaşlı qızlar arasında Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə “Landmark 7” beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi.

Ən güclü pilotlarının mübarizə apardığı Formula 1 üzrə Azərbaycan Qran-Prisi

Bakı dünyanın ən məşhur avtomobil yarışı olan Formula-1 üzrə Qran-Priyə bu il də ev sahibliyi edərək bütün qitələri əhatə edən tamaşaçıları öz ətrafına topladı. Onlar dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, qədim tarixə malik müasir Bakının füsunkar gözəlliyi ilə tanış oldular. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yayımlanan turniri beş yüz milyon televiziya tamaşaçısı ekrandan izləmək şansı əldə etdi. Yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr etdilər. Aprelin 30-da start götürən yarışı izləmək üçün şəhərimizə gələn qonaqlarla yanaşı, televiziya tamaşaçıları da Bakının tarixi yerlərini görmək imkanı qazandılar. Formula-1 Azərbaycan Qran-Prisi bir daha sübut etdi ki, paytaxtımız təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu şəhərdir.

“Qarabağ”ın Premyer Liqada yubiley çempionluğu

2022-2023-cü illər mövsümündə Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ” tarixində 10-cu dəfə ölkə çempionu adını qazanaraq rekorda imza atdı. Mayın 13-də sona iki tur qalmış “Səbail”lə qarşılaşan komanda rəqibini 3 cavabsız qolla üstələdi. Qələbədən sonra Ağdam klubu Çempionlar Liqasına vəsiqəni təmin etdi. Bu həm də “köhlən atlar”ın son 10 ildə bayram etdiyi 9-cu zəfəri oldu. Bu uğurların hər biri Qurban Qurbanovun baş məşqçiliyi altında reallaşdı. “Qarabağ” ilk çempionluğunu 1993-cü ildə əldə etmişdi.

Şuşada gerçəkləşən növbəti beynəlxalq turnir

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Veloyarışda dünyanın 14 ölkəsindən tanınmış idmançılar, güclü komandalar qələbə uğrunda mübarizə apardılar. İyunun 7-də Bakıda startı götürülmüş 3 gün davam edən turnir Şuşa şəhərində yekunlaşdı. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığının göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsi oldu.

Skandinaviya yığmasını darmadağın edən millimiz

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində tarixində ilk dəfə Skandinaviya seçməsini məğlubiyyətə uğratdı. Yığma komanda buna noyabrın 16-da evdə İsveçlə keçirdiyi oyunda darmadağın etməklə nail oldu. Qarşılaşma meydan sahiblərinin heyətində Emin Mahmudov, Renat Dadaşov və Bəhlul Mustafazadənin rəqib qapısına vurduğu 3 cavabsız qolla yekunlaşdı. Bu matç, eyni zamanda, millinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu möhtəşəm qolla yaddaşlarda iz qoydu. Onun nəticəsidir ki, həmin qol “Avro-2024”ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu seçildi.

Qadın futbolçulardan ibarət yığmamızdan tarixi uğur

UEFA Millətlər Liqasında C divizionunun V turunda səfərdə Kipr üzərində 1:0 hesabı ilə qələbə qazanan qadınlardan ibarət Azərbaycan yığması futbolumuz adına yeni tarix yazdı. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv dekabrın 1-də oynanılan bu matçdan sonra qrup liderliyini və B divizionuna vəsiqəni rəsmiləşdirdi. Dörd gün sonra Farer adalarını da bir cavabsız qolla üstələdikdən sonra yığma C divizionunda mübarizəni yekunlaşdırdı. Millimiz turnirdə 9 oyunu məğlubiyyətsiz keçirməklə Azərbaycan futbolunda nümunəyə çevrildi. Bu matçların 5-də qələbə qazanıb, bir heç-heçə edən qadın futbolçular 3 yoldaşlıq görüşündən də bərabərliklə ayrıldılar.

Dünyada məşhur idmançıları bir araya toplayan mükafatlandırma mərasimi

Dekabrın 8-də Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony baş tutdu. Hər ilin sonunda fərqli ölkələrdə reallaşan bu mərasimin Bakı təqdimatı digərlərindən möhtəşəmliyi ilə fərqləndi. Azərbaycanın mədəniyyəti, qonaqpərvərliyi, digər xalqlarla sülh və əməkdaşlıq şəraitində yaşamağa yönələn siyasətini özündə cəmləşdirən mərasim bütün dünyada əks-səda doğurdu. Mükafatlandırma mərasimində nəinki indiki qaliblər, keçmişdə müxtəlif yarışlarda mübarizə aparan, artıq vəfat etmiş çempionlar da yad edildi. Əsasən qalib pilotların idarə etdiyi avtomobillərin nümayişini, dünya məşhur Oracle Red Bull Racing-in qalibi Christian Horner və Formula 1-in qalibi Max Verstappenin təltifini nəzərdə tutan tədbirdə milli musiqilərimizin sədaları altında zəngin mətbəximizin nümayişi mərasimin yaddaqalan anlarından biri oldu.

“Köhlən atlar” UEFA Avropa Liqasında pley-off mərhələsində

“Qarabağ” ilk dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. Komanda bunu dekabrın 14-də avrokubokun qrup mərhələsində “Hekken”le çıxdığı sonuncu görüşündə reallaşdırdı. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesablı qələbəyə sevindi. Bu matçın nəticəsinə əsasən “köhlən atlar” xallarını 10-a çatdıra bildi. Tarixi qələbədə Leandro Andrade və Yassin Benzia vurduğu qollarla pay sahibi oldular. Dekabrın 18-də isə İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi. Portuqaliyanın “Braqa” klubu ilə ilk görüş 2024-cü il fevralın 15-də səfərdə oynanılacaq.

30 illik fasilədən sonra Xankəndidə ilk futbol matçının ilk qolu

Dekabrın 21-də 30 illik fasilədən sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” ilk dəfə “MOİK”lə oyununu Xankəndi şəhər stadionunda keçirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı canlı izləmək şansı əldə etdi. Vaxtilə özündə separatçı rejimin simvollarını daşıyan “Xankəndi” stadionunda Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə rəqib qapısına vurduğu topla tarixə imza atdı. II Liqa təmsilçisi MOİK-ə minimal hesabla qalib gələn “Qarabağ”ın işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçında qazandığı ilk qələbə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olundu.

Beynəlxalq turnirlərdə ilklərdən ibarət ili geridə qoyan Azərbaycan idmançıları

2023-cü il qazanılmış nailiyyətlər və ilklərlə Azərbaycan idman tarixində mühüm yer tutdu. Gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yadda qaldı. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pilləyə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu. Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Yığmanın üzvü M.Malkin tamblinq üzrə qızıl medal qazanmış ilk idmançı kimi tarix yazdı. Amma ilklər, sadəcə, bunlarla yekunlaşmadı. Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlüyümüz (Ağasif Rəhimov və Raziyə Seyidli) və kişi cütlüyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular. Ümumiyyətlə, bu il fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlarımız müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazanıblar ki, bu da Azərbaycan gimnastikası tarixində ilkdir.

Bu il, sadəcə, gimnastikada deyil, cüdo sahəsində də bir çox ilklərin şahidi olduq. Qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqda idman sahəsində öz izlərini qoydular. Azərbaycanın cüdo üzrə üç qat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu.

Boks sahəsində isə yığmamız 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yenilədi. Millimiz bunu tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanmaqla reallaşdırdı.

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yunan-Roma güləşi üzrə Azərbaycan millisi də tarixi uğura imza atanlar sırasındadır. 2 qızıl, 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu oldu.

Şahmatçılarımız da öz növbələrində məhsuldar bir ili geridə qoydular. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında qadınlardan ibarət yığmamız 15 xalla tarixdə ilk dəfə bu turnirin gümüş medalına yiyələndi.

Qeyd edək ki, Azərbaycan idmançıları 2023-cü ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə ediblər. Bu, Azərbaycanın idman tarixində rekord göstəricidir.
Xəbər 143 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03.05.2024 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03.05.2024 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03.05.2024 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03.05.2024 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
02.05.2024 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02.05.2024 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02.05.2024 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02.05.2024 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02.05.2024 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru