Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə start verilib.
“Şüa” İdman Kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər.
Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və daha kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivliləri üzə çıxarmaq məqsədi daşıyır.
Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.
|