Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
05/09 | 21:12 Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
05/09 | 18:20 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
04/09 | 21:43 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
04/09 | 19:56 Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
04/09 | 17:47 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
04/09 | 17:13 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
04/09 | 09:33 Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb
04/09 | 09:10 “Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
03/09 | 22:27 Paris-2024: Azərbaycan paraatleti yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb
03/09 | 21:22 Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq
02/09 | 19:29 Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb
02/09 | 13:25 Paris-2024: Azərbaycanın daha bir təmsilçisi paralimpiya çempionu olub
02/09 | 11:28 Stend atıcılığı üzrə Bakı birinciliyi keçirilib
02/09 | 09:13 Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı mübarizə aparacaq
01/09 | 06:11 Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını dörd medalla başa vurublar
31/08 | 19:52 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31/08 | 13:48 Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub
31/08 | 09:06 Dünya çempionatı: Azərbaycanın bir cüdoçusu qalib, digər idmançısı üçüncü olub
31/08 | 00:42 Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb
30/08 | 17:02 Azərbaycan boksçuları beynəlxalq turnirdə 2 medal qazanıblar
30/08 | 13:09 Azərbaycan parataekvondoçusu tarixə düşüb
30/08 | 12:40 Azərbaycan tennisçiləri beynəlxalq yarışın ilk mərhələsində ikinci olublar
29/08 | 18:16 Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib
29/08 | 17:38 Paris-2024: Azərbaycanın parakamandan oxatanı 28-ci yeri tutub
29/08 | 16:58 Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb
29/08 | 16:29 Paris-2024: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib
29/08 | 09:52 Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu olub
29/08 | 09:23 Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayır
28/08 | 23:55 Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub
28/08 | 16:26 Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüş olub
28/08 | 09:42 Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
27/08 | 11:16 Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
26/08 | 16:44 Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
26/08 | 13:57 Azərbaycan atleti Polşada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
25/08 | 22:23 Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
Prezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
Tarix: 27.11.2023 | Saat: 10:39:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə bağlı məlumat verdi.

Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meyilinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bildirildi ki, Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.

Diqqətə çatdırıldı ki, Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir.

Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək.

Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış oldu.

Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.

Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var.

Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

Bu gün Azərbaycanda idmanın cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb. Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.

Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.
Xəbər 2767 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.09.2024 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
04.09.2024 Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb
04.09.2024 “Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
02.09.2024 Stend atıcılığı üzrə Bakı birinciliyi keçirilib
29.08.2024 Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb
29.08.2024 Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayır
28.08.2024 Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub
28.08.2024 Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüş olub
28.08.2024 Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
27.08.2024 Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru