Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun növbəti oyunu baş tutub.
Xaçmaz təmsilçisi "NTD-INDIGO" doğma azarkeşləri önündə "Gəncə" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan ev sahibi yekunda rəqibi üzərində 94-76 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "NTD-INDIGO" (Cared Smol - 21 xal, 5 ribaund), "Gəncə" (Kenyon Dulinq - 18 xal, 1 ribaund)
Qeyd edək ki, üçüncü turun növbəti oyunları ("Sərhədçi" - "Sumqayıt", "Neftçi" - "Şəki", "Xırdalan" - "Sabah") noyabr 10 və 11-də keçiriləcək.
|