18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” Basketbol Klubu təlim-məşq toplanışı üçün Serbiyanın paytaxtı Belqrada yollanıb.
Paytaxt təmsilçisindən verilən məlumata görə, sentyabrın 18-nə kimi Belqradda olacaq kollektiv toplanış müddətində 6 yoldaşlıq görüşü keçirəcək.
“Sabah” Serbiyanın “Vrsaç”, “Radniçki, “OKK Belqrad”, “Boraç Zemun”, “Srvena Zvezda 2” və “Zlatibor” klubları ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hazırlıq prosesi "Srvena Zvezda"nın təlim-məşq bazasında hazırlıq keçəcək.
|