Taekvondo üzrə Azərbaycan millisi Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının komanda yarışlarında yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrindən təşkil olunmuş kollektiv 1/4 finalda Rusiyanın Lesqafta Universitetinə 80:45 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
|