Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin üzvlərindən biri rinqdən qalib ayrılıb.
Startda Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Zidan Hümbətov (48 kq) 1/8 finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.
Boksçumuz 1/4 finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş iyulun 27-də baş tutacaq.
Qeyd edək ki, birinciliyin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayacaq.
|