Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
Çempionatda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda şotlandiyalı Yakub Naismiti məğlub edib.
Yığmamızın üzvü 3:0 (28:28, 30:26, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. O, dörddəbir finalda Mirboran Yıldırımla (Türkiyə) gücünü sınayacaq. Görüş iyulun 27-də olacaq.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin beşinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxacaq.
|