Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Pedro Roke: Daşkəndə medal ümidləri ilə gedirik
Tarix: 28.04.2023 | Saat: 08:28:00 | E-mail | Çapa göndər
Təlim-məşq toplanışlarına yaxşı hazırlaşmışıq. Təlimlər boksçularımızın təcrübə toplaması, lazımi formanı yığması baxımından faydalı olub.

Bu sözləri Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro Roke deyib.

Təcrübəli mütəxəssis mayın 1-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlığı və şansları dəyərləndirib. O bildirib ki, komanda hazırda yaxşı formadadır: “Bakıya ötən ilin iyunda gəlmişəm. Gələn kimi boksçuların axtarışında olduq. Sentyabrdan təlim-məşq toplanışlarına başladıq. İndiyədək ölkə xaricində 4 hazırlıq keçmişik. İlk toplanışımız ABŞ-da oldu. Ardınca İspaniya, Qazaxıstan və Bolqarıstanda hazırlıq keçdik. Bunların hər biri çox yüksək səviyyədə oldu. Toplanışlara güclü komandalar və güclü boksçular gəlmişdilər. İştirak etdiyimiz beynəlxalq turnirlərdə 35 medal əldə etmişik. Bunlardan 15-nin əyarı qızıl olub. Artıq hazırlığımız başa çatıb. Bu səviyyəyə çatmağımıza çox güc istifadə etmişik”.

P.Roke mundaila uğurlu çıxışa və bokssevərlərə sevinc bəxş edəcəklərinə inam ifadə edib: “Dünya çempionatına 13 boksçu ilə yollanırıq və onların hər biri medal qazana bilər. Amma hər yarışda 1-2 idmançı olur ki, daha çox şanslı hesab edilirlər. Təcrübəsinə, beynəlxalq turnirlərdəki nəticələrinə görə digərlərindən bir addım öndə olurlar. Ümid Rüstəmov, Alfonso Dominqes, Nəbi İsgəndərov, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Malik Həsənov yaxşı formadadırlar və düşünürəm ki, onlarla hər bir yarışda uğur qazana bilərik”.

Baş məşqçi dünya çempionatının asan keçməyəcəyini də qeyd edib: “Mundialda Kuba, Özbəkistan, Qazaxıstan, Rusiya kimi güclü boks ənənələri olan ölkələr iştirak edəcəklər. Düzdür, ABŞ, İngiltərə və bir neçə komanda Daşkəndə gəlməyəcəklər. Amma digər ölkələrdə bəzi çəkilərdə çox güclü boksçular var. Azərbaycan komandası da çox güclü heyətə malikdir. Dünya çempionatının adı üstündədir və gərgin mübarizə gedəcək. Biz də Daşkəndə medal ümidləri ilə gedirik”.

Roke bildirib ki, yarışda Azərbaycan üçün yeni rekord vurmaq arzusundadır: “Həmişə qarşıma hədəflər qoyuram. Mundialda Azərbaycan millisinin medal sayında rekordu 4 medaldır. Onu mən komandaya rəhbərlik etdiyim zaman Dohada bacarmışdıq. Medal sayında yenidən rekord vursam, çox xoşbəxt olaram. Bunun üçün də komanda olaraq çalışırıq. 10 aydır ailəmdən uzaqdayam. Onlar ABŞ-da yaşayırlar. İrəli getmək üçün həmişə dəstək verirlər. Çünki medallar çəkdiyin əziyyətin qazancıdır”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcəklər. Daşkəndə bu gün yollanacaq komanda mayın 15-də Bakıya qayıdacaq.
Xəbər 140 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.04.2024 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25.04.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
15.01.2024 Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub
29.12.2023 Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar
22.12.2023 Azərbaycan boksçuları Bakıda keçirilən beynəlxalq turnirdə 22 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru