|
|
Əjdər Cəfərov: «Bu «Qızıl qran-pri» digərlərindən fərqlənəcək» |
|
Tarix: 19.09.2012 | Saat: 07:11:00 | E-mail | Çapa göndər
|
|
Sentyabrın 21-23-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə FİLA-nın “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda ölkəmizi 56 idmançı təmsil edəcək. Turnirin proqramına əsasən, sabah hakimlərin seminarı və texniki iclas keçiriləcək. Ayın 21-də sərbəst, növbəti gündə qadın, sonuncu rəqabətdə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Adı çəkilən tədbirlə bağlı bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) mətbuat konfransı təşkil olunub. Toplantıda AGF-in baş katibi Əjdər Cəfərov iştirak edib. O, çıxışında deyib ki, hər dəfə olduğu kimi, bu dəfə də milli kolmandalarımız yüksək yerlərə iddialıdırlar: «Yunan-Roma güləşində tam heyətlə çıxış edəcəyik. Qadınların mübarizəsində heyət 2 hissəyə bölünüb. Birinci qrup 25-29 sentyabrda Kanada keçiriləcək dünya çempionatında qüvvələrini sınayacaqlar. İkinci qrup Qızıl qran-pridə iştirak edəcək. Sərbəst güləşçilərin yarışında olimpiya çempionlarımız mübarizəyə qoşulmayacaqlar. Onlara istirahət verilib. Bu turnirdə əsas gənc idmançılar sınaqdan keçiriləcəklər».
Olimpiya dərəcəli hakim onu da əlavə edib ki, bu ilki «Qızıl qran-pri» yarışması əlamətdar hal kimi yadda qalacaq. Belə ki, ulu öndərin xatirəsinə təşkil olunan turnir ardıcıl 5-ci dəfə keçirildiyindən yubiley xarakteri daşıyır. Bu səbəbdən tədbirin açılışında müəyyən özəlliklər seziləcək: «Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək «Qızıl qran-pri» turniri yüksək səviyyədə olacaq. Rəqabətin gedişində paytaxtımıza gələn qonaqlara turlar təşkil ediləcək. Onlar Bakının gəzməli-görməli yerləri ilə tanış olmaq imkanı qazanacaqlar. Bu yarış sıradar biri deyil. Final raunduna qədər 4 mərhələ var ki, orada yalnız ilk 8 yeri tutan güləşçilər həlledici etapa vəsiqə qazanırlar. Onların isə Bakıya gəlmələri vacibdir. Çünki bu turnirdə iştirak etməyən həmin idmançılar FİLA tərəfindən 5.000 İsveçrə frankı ilə cərimələnəcəklər.
Yarışda ölkəmizi qadınların yarışında iki, sərbəst və yunan-Roma güləşi üzrə isə hər çəki dərəcəsində üç idmançının təmsil edəcəyini diqqətə çatdıran baş katib Olimpiya çempionlarımızın turnirdə iştirak etməyəcəyini söyləmişdir. Bildirmişdir ki, yunan-Roma güləşi yarışlarında millimiz tam heyətlə çıxış edəcəkdir. Sərbəst güləşçilərin mübarizəsində isə gənc idmançılara da şans veriləcəkdir.
Ə.Cəfərov qeyd etmişdir ki, bu turnir cari ildə keçirilən dördüncü – sonuncu “Qran-Pri” yarışdır. Beynəlxalq Güləş Federasiyasının (FİLA) qərarı ilə ötən üç yarışın nəticəsinə əsasən ilk səkkizlikdə qərarlaşmış güləşçilərin Bakıda təşkil olunacaq turnirdə iştirakı vacibdir. Əks halda FİLA həmin ölkənin federasiyasını və idmançıları cərimələyəcəkdir.
FİLA-nın digər qərarına əsasən, öz qitələrinin çempionatlarının qalibləri və olimpiya çempionları final mərhələsində birbaşa iştirak edə bilərlər».
|
|
|
|
Xəbər 1540 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|