Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.
Türkiyənin İstanbul şəhərində keçirilmiş püşkatma mərasimində səkkiz qrupun tərkibi müəyyənləşib.
Belə ki, A qrupunda “Başakşehir” (Türkiyə), “Fiorentina” (İtaliya), “Harts” (Şotlandiya), RFŞ (Latviya), B qrupunda “Vest Hem” (İngiltərə), “Styaua” (Rumıniya), “Anderlext” (Belçika), “Silkeborq” (Danimarka), C qrupunda “Vilyarreal” (İspaniya), “Hapoel” (Ber-Şeva, İsrail), “Austriya” (Vyana, Avstriya), “Lex” (Polşa), D qrupunda “Partizan” (Serbiya), “Köln” (Almaniya), “Nitsa” (Fransa), “Slovaçko” (Çexiya) komandaları yer alıblar. E qrupunda “AZ Alkmaar” (Niderland), “Apollon” (Limassol, Kipr), “Vaduts” (Lixtenşteyn), “Dnepr-1” (Ukrayna), F qrupunda “Gent” (Belçika), “Molde” (Norveç), “Şemrok Rovers” (İrlandiya), “Yurqorden” (İsveç), G qrupunda “Slaviya” (Praqa, Çexiya), ÇFR (Rumıniya), “Sivasspor” (Türkiyə), “Balkani” (Kosovo), H qrupunda isə “Bazel” (İsveçrə), “Slovan” (Bratislava, Slovakiya), “Jalgiris” (Litva) və “Pünik” (Ermənistan) klubları mübarizə aparacaqlar.
Qeyd edək ki, qrup mərhələsinin oyunları sentyabrın 8-də başlayacaq.
|