Sərgən Yalçın Aleksə heykəl ucaldılmasını bibırçılıq adlandırıb. Aleksin deyil, Hakan Şükürün heykəlinin ucaldılmasını istəyən keçmiş futbolçu bu hadisəyə sərt reaksiya verib.
“Aleksi “Fənərbaxça” azarkeşləri əfsanə adlandırır, amma biz futbolçulardan əfsanə olmaz. Nəyə görə bu heykəl parkda, “Qalatasaray”, “Beşiktaş” azarkeşlərinin də istirahət etdiyi bir məkanda ucaldılıb? Getsinlər, öz stadionlarının önünə qoysunlar o heykəli. Türkiyədə heykəli ucaldılacaq bir nəfər varsa, o da Hakan Şükürdü”, deyə Sərgən bildirib.
|