Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/06 | 18:47 Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir
27/06 | 16:53 Yeniyetmə badmintonçularımız Serbiyada 2 bürünc medala sahib olublar
27/06 | 16:51 Samux rayonunda qazilər və gənclər arasında “Airsoft praktiki atəş” hərbi-simulyasiya oyunları üzrə yarış keçirib
27/06 | 16:49 İdmançımız Ülvi Məmmədov Asiya çempionatında qüvvəsini sınayacaq
27/06 | 16:49 Cüdoçularmız Avropa birinciliyinin komanda yarışında bürünc medal qazanıblar
27/06 | 13:24 Boksçularımız beynəlxalq turnirdə 3 qızıl və 4 gümüş medal qazanıblar
27/06 | 13:24 “Qarabağ” – “Lex” oyununun biletləri satışa çıxarılıb
27/06 | 08:08 Bakıda güc idman növləri üzrə Avrasiya çempionatına yekun vurulub
26/06 | 20:36 Azərbaycan təmsilçiləri pauerliftinq üzrə açıq Avropa çempionatında uğurla çıxış ediblər
26/06 | 20:35 Cüdoçularmız Avropa birinciliyinin komanda yarışında bürünc medal qazanıblar
26/06 | 20:33 Elnur Hidayətzadə: Avropa birinciliyində ölkəmizi layiqincə təmsil etmək üçün ciddi səy göstərəcəyik
26/06 | 20:31 "Cəbrayıl" klubu UEFA Region Kuboku yarışında mübarizəni dayandırıb
26/06 | 20:17 "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş təşkil olunub
26/06 | 20:16 Marneulidəki “Şahmat klubu”nun yetirməsi daha bir uğura imza atıb
26/06 | 20:15 Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
26/06 | 20:15 Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
26/06 | 20:13 Bakıda güc idman növləri üzrə Avrasiya çempionatı davam edir
26/06 | 20:12 Cüdoçularmız Avropa birinciliyinin komanda yarışlarında mübarizə aparırlar
26/06 | 20:11 ASAN könüllüləri arasında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş şahmat turniri keçirilib
26/06 | 20:10 İtaliyada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub
26/06 | 10:03 Bəxtiyar Quliyev: Bakıda keçirilən güc idman növləri üzrə Avrasiya çempionatının ənənəvi hal almasını planlaşdırırıq
26/06 | 08:50 Cüdoçularımız Avropa çempionatında komanda hesabında birinci yeri tutub
26/06 | 08:49 İtaliyada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub
25/06 | 21:39 Gənc cüdoçumuz Avropa kuboku yarışında bürünc medal qazanıb
25/06 | 19:15 Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Avrasiya çempionatı keçirilir
25/06 | 19:13 Ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub
25/06 | 19:09 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsi üçün Mingəçevirə yola düşüb
25/06 | 19:08 “Səbail" heyətinə yeni futbolçu cəlb edib
25/06 | 15:48 Azərbaycan millisinin 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib
25/06 | 13:14 Avropa çempionatında iştirak edəcək gənc qızlardan ibarət millinin heyəti açıqlanıb
25/06 | 13:13 Avropa birinciliyi: Bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulub
25/06 | 13:12 “Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək
25/06 | 11:21 İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi ilə qarşılaşacaq
25/06 | 11:20 Uşu üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir
24/06 | 20:27 Vüsal Abdullazadə: Məqsəd idmançılarımızı dünya və Avropa çempionatlarına hazırlamaqdır
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 4 3 1 0 6-2 10
2 Slovakiya 4 2 0 2 3-3 6
3 Azərbaycan 4 1 1 2 2-3 4
4 Belarus 4 0 2 2 1-4 2
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 28 21 6 1 72-13 69
2 Neftçi 28 15 5 8 42-31 50
3 Zirə 28 13 8 7 33-27 47
4 Qəbələ 28 12 9 7 38-34 45
5 Sabah 28 12 5 11 41-33 41
6 Sumqayıt 28 5 7 16 42-34 22
7 Şamaxı 28 5 7 16 22-46 22
8 Səbail 28 4 3 21 17-57 15
Avropa çempionu olan sərbəst güləşçilərin qarşılanma mərasimi keçirilib
Tarix: 21.06.2022 | Saat: 12:17:00 | E-mail | Çapa göndər
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb.

6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzov rekord nəticəni belə şərh edib: “Tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Bu uğurların səbəbkarı idmana diqqət və qayğı göstərən cənab prezidentimizdir. U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləri ilə bu yarışa hazırlaşdılar və yarışdılar. Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Şükür Allaha ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. Bu uğurda hər kəsin payı var.

2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında 4 qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz 5 qızıl almaq idi. Allah 6 qızıl medalı bizə qismət elədi. Ölkə çempionatından sonra Xaçmazda 3 təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücü ilə güləşdi. Məşqçi kimi razı qaldıq. 4 qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün 3 erməni güləşçiyə qalib gəlmişdik. Bütün medallarımızı şəhidlərimizə həsr edirik. Onların ruhu şad olsun. Azərbaycan idmanı zirvələrdədir. Daim orda qalmasına çalışırıq. Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və şəxsən nazir Fərid Qayıbova minnətdarlığımızı bildiririk ki, federasiya rəsmiləri ilə birgə bizi Avropa çempionatına yola saldılar”.

Böyüklərdən ibarət yığma komandanın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev bunları deyib: “Bu il bizim üçün düşərli oldu. U-23 Avropa çempionatında hər 3 növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə 3-cü olduq. İdmana diqqət və qayğısını əsirgəməyən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu. Hər 3 komandamız üçün Olimpiya Güləş Mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində 2 qızıl, 5 gümüş və 1 bürünc, qadın güləşində 1 dəst medal, sərbəst güləşdə isə 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir. Prezident İlham Əliyevin hər zaman qayğısını hiss edirik. Əlbəttə, MOK və GİN də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək. Fürsətdən istifadə edib, idmançılarımızın uğurlarını işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.

Daha sonra Avropa çempionu Elman Ağayev təəssüratlarını bölüşüb: “Yarış yaxşı keçdi. Əvvəlcə Gürcüstan, daha sonra Türkiyə, finalda isə Ermənistan idmançısına qalib gəldim. Özümə inanırdım. Çünki yarışa hazırlığımız çox yaxşı keçmişdi. Növbəti hədəfim dünya çempionluğudur”.

Sonda U-17 yaş qrupunda ən ağır çəkidə Avropa çempionu olmaqla, güləşimizdə ilkə imza atan Yusif Dursunov uğurun səbəbini açıqlayıb: “Üç keyfiyyətli təlim-məşq toplanışı keçdik. Bunun nəticəsi olaraq komandamız Avropa çempionu oldu. Güclü rəqiblərimiz vardı. Ancaq biz onlardan da güclüydük. Şükür Allaha, çempion olduq. Gənclər və İdman Nazirliyinə, federasiyamıza, yığmanın məşqçilərinə və şəxsi məşqçilərimə təşəkkür edirəm. Allah hamısından razı olsun”.

Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.
Xəbər 38 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.06.2022 İtaliyada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub
26.06.2022 İtaliyada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub
25.06.2022 Avropa çempionatında iştirak edəcək gənc qızlardan ibarət millinin heyəti açıqlanıb
24.06.2022 Yunan-Roma güləşi üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
21.06.2022 Güləşçilərimiz Matteo Pellikone turnirində iştirak edəcək
21.06.2022 Əlcəzair güləş komandasının nümayəndə heyəti Bakıda təlim-məşq toplantısı həyata keçirib
19.06.2022 Avropa çempionatının medalçıları Bakıya qayıdıblar
18.06.2022 Qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar
17.06.2022 Avropa çempionatının qalibi olan güləşçilərimiz Vətənə qayıdıblar
16.06.2022 Sərbəst güləş üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru