Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində keçirilən mədəniyyət festivalı maraqlı anlarla yadda qalıb
Tarix: 22.12.2021 | Saat: 18:56:00 | E-mail | Çapa göndər
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində keçirilən Azərbaycan və Slovakiya mədəniyyət festivalı maraqlı anlarla yadda qalıb.

Azərbaycan-Slovakiya mədəniyyət festivalının iştirakçıları - MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un yeni seçilən vitse-prezidenti Zemfira Meftaxetdinova, MOK İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva ilk növbədə Y.Kovalyov adına 229 saylı məktəbin şəhid məzunlarına həsr edilən xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar.

Şəhidlərin əziz xatirəsinin anılmasından sonra OCEP çərçivəsində reallaşdırılan festivala start verilib.

MOK rəhbərliyinin hesabat-seçki Baş Məclisinin iclasından sonra qatıldığı ilk tədbirin qəhrəmanlarının uşaqlar olması təsadüfi deyil. Bu, MOK-un Olimpiya fəlsəfəsini uşaq və yeniyetmələr arasında təbliğinə əhəmiyyət verməsinin göstəricisidir.

Qonaqları Azərbaycan və slovak dillərində salamlayan şagirdlər təbrik sözlərindən sonra 31dekabr - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan festivalın bədii hissəsi başlayıb.

Məktəblilər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.

Festivalda OCEP-in Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitələrinin dəstəyi ilə “Bakı-2019” Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində həyata keçirilən ilk və unikal proqram olduğu bildirilib. Qeyd olunub ki, Avropa və Azərbaycan məktəbləri arasında qardaşlaşma və mədəniyyətlərarası mübadilə layihənin əsas komponentlərindən biridir. Mədəniyyət, idman və təhsil təşəbbüsləri vasitəsilə məktəblilər arasında Olimpiya hərəkatı və dəyərlərinin (Hörmət, dostluq və mükəmməllik), həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nin təbliğ və təşviq edildiyi OCEP-in birinci mövsümündə 100 mindən çox şagird, 6 mindən çox müəllim cəlb olunub.

“Bakı-2019”dan bəhs edən videoçarxın nümayişindən sonra 2022-ci ildə Avropa Gənclərinin Olimpiya Festivalının Slovakiyanın Banska-Bistrika şəhərində keçiriləcəyi haqda məlumat verilib. Proqramın uğurunu nəzərə alaraq Slovakiya Olimpiya Komitəsinin də rəsmi olaraq OCEP-ə qoşulması onu “Banska-Bistrika 2022”nin irsinə çevirmək haqda qərarının əhəmiyyəti xüsusi vurğulanıb. Proqramın ilk mövsümünə olan maraq nəzərə alınaraq Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər tərəfdaşların dəstəyi ilə layihənin bu dəfə Slovakiya ilə paralel şəkildə yenidən Azərbaycanda icra ediləcəyi də bildirilib. Xüsusi qeyd olunub ki, OCEP-in ilk mövsümündən fərqli olaraq, 2022-ci ildən icra ediləcək ikinci mövsümündə qardaşlaşmış məktəblər şəbəkəsinə təkcə Avropadan deyil, dünyanın müxtəlif ölkə və şəhərlərindən də məktəblər qoşula biləcək. Y.Kovalyov adına 229 saylı məktəb bu mötəbər tədbir çərçivəsində AGOF-un yeni ev sahibi Slovakiyanı təmsil edəcək.

Azərbaycan məktəbinin Slovakiyada əməkdaşlıq etdiyi təhsil ocağı isə öz növbəsində məktəblərin səmərəli işbirliyi sayəsində ölkəmizin milli mədəniyyətini təbliğ edəcək və festival çərçivəsində Azərbaycanı təmsil edəcək. Bu isə öz növbəsində mədəni əlaqələr, həmçinin məktəblilər arasında dostluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı, Olimpiya hərəkatının təbliğinin və təşviqinin daha yaradıcı formatda həyata keçirilməsinə mühüm töhfə verir. Məktəbin uğurlu idmançı şagirdlərinin təqdimatı, Slovakiya mətbəxinin ləziz təamları ilə tanışlıq, “Xarıbülbül” barədə məlumat, “Yallı” rəqsi, eləcə də slovak rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar və Milad bayramına özəl səhnələşdirilmiş musiqili-bədii kompozisiya qonaqların böyük marağına səbəb olub.

Beləliklə, təkcə iştirakçılar arasında deyil, həm də BOK və AOK tərəfindən də böyük rəğbətlə qarşılanan OCEP yeni mərhələyə qədəm qoyur.
Xəbər 337 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.04.2024 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24.04.2024 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24.04.2024 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24.04.2024 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24.04.2024 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24.04.2024 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24.04.2024 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23.04.2024 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru