Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AMADA-nın direktoru “Pekin-2022” Qış Paralimpiya Oyunlarında antidopinq proqramının monitorinqinə rəhbərlik edəcək
Tarix: 16.11.2021 | Saat: 14:08:00 | E-mail | Çapa göndər
Pekin 2022 Qış Paralimpiya Oyunlarında antidopinq proqramının monitorinq edilməsinə AMADA-nın direktoru Şəfəq Hüseynli rəhbərlik edəcək

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dünyanın ən mötəbər beynəlxalq idman yarışlarından olan Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək.

Bu barədə qərar bu gün ÜADA tərəfindən açıqlanıb. ÜADA-nın baş direktoru Olivier Niggli bildirib ki, son illər ərzində ÜADA-nın Müstəqil Müşahidəçi Qrupları bir çox beynəlxalq yarışlarda dopinq nəzarəti sisteminin bütövlüyünün və beynəlxalq standartlara uyğunluğunun qorunmasına töhfə verib. Pekin 2022 üçün seçilmiş Müşahidəçi Qrupları ədalətli oyun dəyərlərinə sadiq və idmançıların ən yaxşı antidopinq proqramından faydalanması istiqamətində çalışan peşəkarlardan ibarətdir. Belə ki, qərara əsasən Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna Azərbaycandan Şəfəq Hüseynli, Olimpiya Oyunlarında isə Böyük Britaniyadan olan Hiteş Patel rəhbərlik edəcək.

Yarandığı 2016-cı ildən etibarən ÜADA ilə sıx əməkdaşlıq edən AMADA öz öhdəliklərini peşəkarcasına beynəlxalq standartlara uyğun yerinə yetirməklə yanaşı qlobal antidopinq siyasətinə də daima öz töhfəsini verir. Məhz bu cür əzmkarlığın və ölkəmizin beynəlxalq səviyyədə layiqincə təmsil edilməsinin nəticəsidir ki, Azərbaycan nümayəndəsi, Şəfəq Hüseynli həm ÜADA-nın, həm də digər beynəlxalq təşkilatların müxtəlif komitə, komissiya və işçi qruplarında təmsil olunur, qlobal antidopinq siyasətinin formalaşmasında iştirak edir. Bu, Azərbaycan nümayəndəsinə antidopinq hərəkatında göstərilən böyük bir inamdır. Qeyd edək ki, Şəfəq Hüseynli hazırda ÜADA-nın milli antidopinq təşkilatları üzrə ekspert məşvərətçi qrupunun üzvüdür, Avropa Şurasının insan hüquqları üzrə xüsusi ekspert qrupunun sədr müavini, gender bərabərliyi məruzəçisi və bir sıra beynəlxalq antidopinq layihələrin rəhbəridir. Şəfəq Hüseynlinin Qış Paralimpiya Oyunları kimi mötəbər tədbirdə ÜADA tərəfindən Müstəqil Müşahidəçi Qrupuna artıq rəhbər qismində təyin edilməsi ÜADA-nın ona davamlı olan böyük etimadın növbəti bir nümunəsidir.

Qeyd edək ki, beynəlxalq yarışlarda antidopinq prosesinə Müstəqil Müşahidəçi Qrupu tərəfindən nəzarət edilməsi 2000-ci il Sidney Olimpiadasından tətbiq olunur. İndiyədək 50-dən çox beynəlxalq yarışda tətbiq edilən bu sistem dopinq nəzarətinin beynəlxalq standartlara uyğunluğunu monitorinq edən əsas elementlərdən biridir.

Müşahidəçi Qrupun üzvləri oyunlar zamanı hər gün yarışlarda antidopinq proqramının necə həyata keçirilməsini, o cümlədən test planlaşdırması, bildiriş prosesi və dopinq nəzarəti işçilərinin fəaliyyətini əyani müşahidə edəcəklər. Qrup üzvləri eyni zamanda nümunələrin toplanması, analiz üçün təhvil verilməsi, laboratoriya prosesi, Terapevtik İstifadə üçün İstisnaların tətbiqi və nəticələrin idarə edilməsi prosesini müşahidə edəcək. Qrup öz müşahidələri əsasında nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup tərəfindən hesabat hazırlanacaq.


Xəbər 331 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.04.2024 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24.04.2024 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24.04.2024 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24.04.2024 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24.04.2024 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24.04.2024 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24.04.2024 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23.04.2024 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru