|
|
Qabil Mehdiyev: AİJF-in məqsədi idmanı inkişaf etdirmək, ölkəmizin imicini dünyada möhkəmləndirməkdir |
|
Tarix: 29.10.2021 | Saat: 15:26:00 | E-mail | Çapa göndər
|
|
azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Məqsədimiz idmanı inkişaf etdirmək, ölkəmizin imicini daha da möhkəmləndirməkdir.
Bu sözləri Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin sədri Qabil Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq turnirlərə, festival və çempionatlara ev sahibliyi edib. Eyni zamanda, Azərbaycan idmançıları beynəlxalq turnirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. AİJF-in idman klubu da bir neçə turnirdə iştirak edib. Üç ilə əvvəl də Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kuboku uğrunda turnirdə iştirak etmişik. O zaman turnirin bürünc mükafatını qazanmışdıq. Bugünkü turniri isə bəzi obyektiv və subyektiv səbəblərdən beşinci pillədə başa vurduq. Lakin bu, bizim jurnalistlərimizi ruhdan salmır. Komandamız bundan sonra da beynəlxalq turnirlərdə iştirak edəcək və uğur qazanacaq.
Qeyd edək ki, oktyabrın 29-da Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunan və idman jurnalistləri arasında keçirilən Beynəlxalq Media Kuboku turnirində Azərbaycan komandası beşinci yeri tutub.
|
|
|
|
Xəbər 462 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|