Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Tokio-2020": Duyğularla birləşib sabahı kəşf edən idman bayramı
Tarix: 13.07.2021 | Saat: 09:25:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Bəşəriyyət tarixinin ən böyük idman festivalının başlanmasına sayılı günlər qalıb. Avropa futbol çempionatından sonra diqqət Yaponiya paytaxtı Tokioya - iyunun 23-dən avqustun 8-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına, avqustun 24-dən sentyabrın 5-dək XVI Yay Paralimpiya Oyunlarına yönələcək.

Bu Oyunlar hələ proqramı elan ediləndən sonra bir çox xüsusiyyətləri ilə tarixdə yerini alıb. Lakin Oyunları xüsusiləşdirən məqam 2019-cu ilin dekabrından bəşəriyyəti ağuşuna alan COVID-19 koronavirus pandemiyasıdır. Buna qədər müharibələr səbəbilə olimpiadalar təxirə salınıb, başqa heç bir hadisə dördilliyin ən böyük idman bayramına mane ola bilməyib. Ötən il keçirilməli olan, ancaq pandemiya səbəbilə mart ayının 24-də təxirə salınan Tokio olimpiadasının başı üzərini alan qara buludlar bir il sonra - mart ayının 21-də aradan qaldırıldı. Doğrudur, bir çox məhdudiyyətlər qüvvəsində qalacaq və hələ də idman arenalarındakı mübarizənin tarixə necə düşəcəyi bəlli deyil. Həm də idman yarışının bəzəyi olan əcnəbi tamaşaçıların ilk dəfə arenalara buraxılmayacağı elan edilib. İyulun 8-də isə hətta yaponiyalıların da Tokio, Kanaqava, Saytama və Tiba prefekturalarındakı yarışları arenadan izləyə bilməyəcəyi bildirilib.

Amma Sizuoka, İbaraki, Fukusima və Miyagi əyalətlərinin tamaşaçı sarıdan bəxti gətirib.

Ümumən 600 min olimpiada, 300 min paralimpiada biletlərinin geri çağırılması, sözsüz ki, maliyyə baxımından təşkilatçılara və BOK-a zərbə olacaq. Üstəlik, Yaponiyada pandemiyanın 4-cü dalğası başlanıb və iyul ayının 12-dən ölkədə karantin rejimi tətbiq ediləcək. Bunlara rəğmən, eyni zamanda Yaponiyada Oyunların ləğv edilməsi kampaniyası başladılsa belə, mübarizə meydanı qızışacaq və böyük idmanın tarixi missiyasının təntənəsini elə bununla da qeyd etmək olar. Sərhəd tanımayan, insanların bərabərlik və birlik, sülh məramının sədası olan olimpiada bu dəfə də insan iradəsinin və həqiqətən də onun ali varlıq kimi çətinliklərə sinə gərməsinin təntənəsi tərənnümünə çevriləcək.

Tokio Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2013-cü il sentyabrın 7-də Argentina paytaxtı Buenos Ayresdə keçirilən 125-ci Sessiyasında növbəti Oyunların vətəni seçilib. Seçim marafonu isə 10 il əvvəl - 2011-ci il sentyabrın 1-də başlayıb. Arasında Bakı da olmaqla 6 şəhər böyük yürüşə qoşulub. Roma (İtaliya) və Doha (Qətər) ilk mərhələlərdə mübarizədən kənarlaşıblar. Final mərhələsində Tokio 42, İstanbul (Türkiyə) və Madrid (İspaniya) hərəyə 26 səs toplayıblar. Son iki şəhər arasından İstanbul (49 səs) 4 səs üstünlyü ilə həlledici səsverməyə yüksəlib. 1964-cü il Oyunlarının vətəni olmuş Tokio böyük üstünlüklə (60 səs 36-ya qarşı) beşinci dəfə iddialı olan İstanbula qalib gələrək tarixində ikinci dəfə olimpiadaya vətən olmaq şərəfinə nail olub.

Oyunlar üçün 46 təklif arasından məşhur memar, Heydər Əliyev Mərkəzinin də müəllifi olan Zaha Hədidin layihələndirdiyi 80-minlik yeni stadion inşa olunmalı idi. Bu layihə yerli memarlıq ansamblına uyuşmayan hesab edilərək, 2015-ci ildə yerli memar Kenqo Kumanın layihəsi əsasında 68 minlik arena (futbol yarışları zamanı daha 15 min yer əlavə oluna bilər) tikilib. Ümumiyyətlə, 42 yarış meydanından 28-i bir-birindən ən uzağı 8 km məsafədə yerləşir. Onlardan cəmi 8-i yeni, 10-u müvəqqəti tikilidir. Say baxımından bu da birr nəticədir. Məsələn, 5 il əvvəl Rioda 37, Londonda isə bundan da az - 31 arena idmançıların mübarizə meydanına çevrilmişdi. Yarış arenalarından biri xüsusi seçilir. Marafon və idman yerişinin finiş xətti XV əsrin İmperator sarayının yerləşdiyi məkanda olacaq. Yuxarıda qeyd edildiyi kimi, Oyunlar təkcə Tokioda keçirilməyəcək: Yokohama, Saytama, Senday, Kasima və Sapporo futbolu, Fukusima beysbol və softbolu, Enosima adası yelkən idmanını, Tiba çimərliyi isə sörfinqçiləri qonaq edəcək.

Ümumən, bütün areanalara audit qiymətləndirməsi ilə 25 milyard dollar xərclənib. Obyektlərin inşasında ekoloji tarazlıq məsələlərinə diqqət edilib. Bəzi areanalar yerli sidr ağacındandır, başqalarında oturacaqlar və əsas istifadə avadanlıqları ağacdandır. Voleybol arenası və bir neçə digər qurğu Günəş batareyaları və geotermal istilik avadanlıqları ilə təchiz edilib.

Yarışların bir rekordu da medallar olacaq. 33 idman növündə 50 proqram üzrə 339 medal dəsti uğrunda mübarizə aparılacaq (Müqayisə üçün, Rioda 28 növdə 306, Londonda 26 növdə 302 idi). Ən çox medal dəsti, təbii ki, atletikada (48) və üzgüçülükdədir (37). 33 medal dəstindən 18-i yeni növlərin hesabına artırılıb. Bu xüsusda qeyd edək ki, 2016-cı il avqustun 3-də "Rio-2016" ərəfəsində BOK-un 129-cu Sessiyasında daha 4 növ - karate (kata və kumite), sörfinq (qaliblər proqram mürəkkəbliyi ilə ölçüləcək), qayayadırmanma (sürətli dırmanma, boulderinq, alpinizm) və skeytbordinq (küçə və park sədlərində vaxt, orijinallıq və mürəkkəblik) olimpiya proqramına salınıb, beysbolla softbol geri qaytarılıb. Özü də bu növlər yalnız "Tokio-2020"nin proqramında olacaq.

Oyunlarda 15 proqram dəyişikliyi var:

Ağırlıqqaldırma (-1) - 1 kişi çəki dərəcəsi ləğv edilib;
Akademik avarçəkmə (0) - 1 proqram kişilərdən qadınlara verilib;
Atletika (+1) - 4x400 m estafeti (qarışıq komanda) əlavə olunub;
Basketbol (+2) - 3x3 basketbolu (K və Q) əlavə olunub;
Boks (0) - 2 çəki dərəcəsi kişilərdən qadınlara verilib;
Cüdo (+1) - qarışıq komanda yarışı əlavə olunub;
Güllə atıcılığı (0) - 3 proqram kişilərdən 3 qarışıq qoşa yarışa verilib;
Kanoe (0) - 3 proqram kişilərdən qadınlara verilib;
Oxatma (+1) - Qarışıq komanda yarışı əlavə olunub;
Qılıncoynatma (+2) - Komanda yarışları (K və Q) əlavə olunub;
Stolüstü tennis (+1) - Qarışıq qoşaların yarışı əlavə olunub;
Triatlon (+1) - Qarışıq komanda yarışı əlavə olunub;
Üzgüçülük (+3) - 800 m (K), 1500 m (Q), 4x100 m qarışıq estafeti (qarışıq komanda) əlavə olunub;
Velosiped (+4) - BMX fristayl parkinq (K və Q) və medison (K və Q) əlavə olunub;
Yelkən (0) - Katamaranlar sinfində qarışıq yarışın yeri qarışıq qoşalara verilib.

Diqqətlə baxsaq, dəyişikliklər köklüdür. Növlər gəncləşir, küçə idmanı urbaznizasiya dövründə bu növlərin əyləncə xarakterini daha faydalı istiqamətə yönəldir, komanda və cütlüklərin yarışına üstünlük verilir, bəzi hallarda qadın-kişi yarış bərabərliyi yaradılır.

Yeni növ və proqramlar idmançı sayını təxminən 5 faiz, yəni 474 nəfər artırmalı idi. Lakin BOK bəzi məsələlərə əl gəzdirib: su polosunda komanda üzvləri 13-dən 11-ə endirilib. BMX-in fristaylında iştirak edəcək 14 nəfər veloşose və BMX-in digər proqramında iştirakçıların azaldılması hesabına əlavə olunub. Qarışıq komandaların və qoşaların yarışı üzrə lisenziyalar isə artıq iştirak hüququ olanların daha bir medal şansı deməkdir. Nəticədə, ənənəvi növlər "Tokio-2020"də 285 idmançısını itirmiş olub.

İdmançı sayının dəyişməsinə də nəzər salaq:

Ağırlıqqaldırmada 64 az (kişilərdə bir çəki dərəcəsi ilə 64 kişi idmançı lisenziyasının ləğvi);
Akademik avarçəkmədə 24 az (kişi idmançı lisenziyasının ləğvi);
Atletikada 105 az;
Basketbolda 64 çox (3x3 üzrə hər proqramda 4 nəfərlik 8 komanda);
Boksda sabit (44 kişi yerinə 44 qadın);
Cüdoda sabit (38 kişi yerinə 38 qadın);
Güləşdə 56 az (qadınlarla gender bərabərliyinin təmin edilməsi naminə hər üç proqram üzrə say azalması);
Güllə atıcılığında 30 az (qadınlarla gender bərabərliyinin təmin edilməsi naminə kişilərdən lisenziya ləğvi);
Kanoedə (55 kişi yerinə 55 qadın);
Üzgüçülükdə 22 az;
Vaterpolda 18 az (iştirak limiti);
Velosipeddə sabit (BMX ötüşmə və dağ velosipedinin hər birində 8 kişi yerinə 8 qadın; BMX fristaylın xeyrinə dağ velosipedindən 4, şosedən 14 yer itkisi);
Yelkəndə 30 az (gender bərabərliyi üçün kişilərdə lisenziya ləğvi).

Medallar Oyunların hər günündə sahiblərinə qovuşacaq. İlk olimpiya çempionu iyulun 24-də bəlli olacaq. Ən çox medal dəsti isə (34 dəst) bağlanışdan bir gün əvvəl sahiblərinə təqdim ediləcək.

Medalların hazırlanması da maraq doğurur. Hər üç əyardan olan 5000-ə yaxın medal artıq istifadədən çıxarılmış mobil telefon və digər elektron avadanlıqların emalı yolu ilə hazırlanıb. Elan edilmiş müsabiqədə 400-dən artıq peşəkar, tələbə və başqaları iştirak edib. Yekunda Osaka Dizayn Cəmiyyətinin və Nişan Dizaynı Assosiasiyasının sədri Cüniçi Kavanisinin tərtibatı bəyənilib. Medal üçün istismardan çıxmış 79 ton texnika yığılıb. Maraq üçün deyək ki, onlar arasında təkcə mobil telefonların sayı 6,21 milyon olub. Yekunda 3,3 kq qızıl, 4100 kq gümüş, 2700 kq bürünc əldə olunub. Qızıl medalın çəkisi 556, gümüş 550, bürünc isə 450 qramdır. Medalın dizaynında Gündoğar ölkənin adət-ənənələri əsas götürülüb, ağ və və indiqo rəngli ənənəvi itimasu naxışları ilə bir tərəfdə "Tokyo-2020", əks tərəfdə isə olimpizmin emblemi və əntiq yunan ilahəsi Nika əks olunub. Medalların diametri 85 mm, qalınlığı ən qalın tərəfdə 7,7 mm, ən nazik tərəfdə isə 12,1 mm-dir. Ən yüksək əyarlı medalda təmiz gümüş səth üzərinə çəkilmiş 6 qram xalis qızıl var. Gümüş medallar qatışıqsız xalis gümüşdür. Bürüncdə isə latun ərintisidir. Onun 95 faizi mis, 5 faizi sinkdir.

Yaponsayağı qalmaqallar da bu olimpiadanın xüsusiyyətlərindən oldu. Təkcə Zaha Hədidin əl işi ləğv olunmadı. Oyunların rəmzlərindən biri də diqqət çəkdi. 2015-ci il iyulun 4-də dizayner Kenziro Sanonun işi rəsmi emblem kimi təsdiq olundu. Amma tezliklə belçikalı dizayner Olivye Debi təqdimatdan iki il öncə Lyej teatrı üçün eyni loqonu hazrladığını bəyan etdi və emblem ləğv olundu. Daha sonra 2016-cı il aprelin 25-də milli müsabiqənin qalibi olmuş Asao Tokolanın təklif etdiyi dizayn qəbul edildi. Onun tərtibatı indiqo rənglərindən şahmat qaydası ilə düzülmüş halqalardan ibarət olmaqla Yaponiyaya xas zəriflik və incəliyi təcəssüm etdirir.
Həmin vaxt şüar yapon dilindən "Ashita o tsukam?" ("Sabahı kəşf et" mənasında) qəbul edilmişdi. "Ashita" hərfi mənada "sabah" deməkdir, lakin tələffüz qaydasında yazılışı isə "gələcək" kimi oxunur. Onu isə 2020-ci ilin fevralın 17-də elan edilmiş "Duyğu ilə birləşənlər" ("United by emotion") devizinə dəyişdilər.

Rəmzlərdən söz düşmüşkən, 2018-ci il iyulun 22-də olimipiada üçün Miraytova (gələcək və əbədiyyət) və paralimpiada üçün Someyti (sakuranın bir növündən törəmə) canlı rəmzi - maskot seçilib. Adların seçimi Yaponiya ibtidai sinif məktəbliləri arasında səsvermə ilə aparılıb.

Ümumən, Rio Olimpiadası kimi, "Tokio-2020" də müxtəlif qalmaqallardan xali olmadı. Bu gün də olimpiada əleyhinə açıq etirazlar səslənir. Ən əsas məsələ, təbii olaraq, maliyyə ilə bağlıdır. Oyunların zərərinin çox olacağı indidən aydındır. Oyunların büdcəsi əvvəl 7 milyard dollar civarında qiymətləndirilmişdi. 2019-cu ilə bütün xərclərin 25 milyard dollara çatdığı deyildi. Məşhur "Blumberq"in tədqiqatlarına görə, Yaponiya Oyunlardan 13 milyard dollar itirəcək. Ölkə iqtisadiyyatı isə tamaşaçıların gəlişinə qoyulan qadağa ilə gözlənilən 1,38 milyardı da turizm gəlirindən itirəcək.

Kansay Universitetinin professoru Kasuhiro Miyamoto olimpiadanın bir il təxirə salınmasının 5,8 milyard dollara başa gələcəyini hesablamışdı. Əlbəttə, zərərin yarısından qayıtmaq da yaxşıdır: həmin hesablamalara əsasən, Oyunlar keçirilməsəydi, ölkənin təkcə əməliyyat və turizm itkilərinin 41,5 milyard dollar olacağı da bildirilirdi.

Tokio Oyunlarının "Lloyd`s of London" platforması üzrə kommersiya sığortası var. "Munich Re i Swiss Re." təşkilatı BOK-un xətti ilə hər olimpiadanı 800 milyon dollar sığorta edir. Lakin Oyunların zərərinin 2 milyard dollardan çox olacağı gözlənilir.
Əlbəttə, bütün bunlar bir gün yalnız tarixin bir xatirə parçasına çevriləcək. Tarixin özü isə, inanaq ki, ülvi bəşəri və insani dəyərləri özündə birləşdirən olimpizm ruhunun bütün maneələr üzrərində qələbəsi ilə yaddaşlara həkk olunacaq. Çünki olimpizm ideallarının təməlində insan və onun əzmi, iradəsi dayanır.

Bu ümidi isə Tokioya 206 ölkədən gələcək təxmini 11 min 91 idmançı alovlandırmalıdır. Onlar arasında Azərbaycan idmançıları da var. İnanaq ki, qarşıda bizi, atletikanın qaçış proqramının iki müsabiqəsinin dili ilə desək, bütün maneə və sədləri aşmış idmançıların gərgin mübarizəsi gözləyir. Elə bu inamla olimpiadanın bir-birini əvzləyən devizlərinin izi ilə "Duyğularla birləşib" "sabahı kəşf edən" idman bayramına köklənək.

BATI YAR

Xəbər 431 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru