Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bir dünyanı ağladıb digərini sevindirən əbədi şıltaq “körpə"
Tarix: 05.12.2020 | Saat: 11:22:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Bir balaca boyu ilə dam dolusu toyu vardı

Top elə bil onun ayağına pərçimlənirdi. Top kimi yuvarlaq bədəninin sehri maqnit kimi yumru topu elə cəzb edirdi ki, yalnız zərbə endirəndə, qəribə trayektoriya ilə ayağından ildırım kimi açılırdı.

"O yumru, top yumru, o girdə top da girdə", - deyə uşaqlıqda öz-özümə Maradona sehrinə fizikanın qanunları ilə izah axtarırdım. Bəstə boyu ilə sanki həqiqətən qoğal idi, hər nə etsən də, yıxılmır, sanki topla birlikdə yuvarlanırdı. Fizioloji xüsusiyyətləri meydanda onu qarşısıalınmaz nəhəngə çevirmişdi. Qarşısına çıxanlarla cırtdanla divin, dili və dini bir olanların təbirincə desək, Davudla Qoliafın əsatir mübarizəsini xatırladır. O vaxtlar özüm üçün "Bir balaca boyu ilə dam dolusu toyu var", deyimini də ona aid edirdim, futbolda onun ölçülərinə biçilmiş qanunauyğunluq hesab edirdim.

Futbolu "Neftçi"ni sevən-söyən yekə kişilərin təbiri ilə sevib-söyməyə başlamışam. Amma qəlbimdə böyüyən standartlarda başqa məcburiyyətlər də olub: vətən dediyim bir kateqoriyada SSRİ seçməsi, haradasa uğur axtardığımdan o biri kateqoriyada Moskva "Spartak"ı, elə həmin standartların bir başqa səviyyəsinə görə ürəyimə yatan etalon kimi İtaliya "Yuventus"u və Braziliya milliləri ilə tamamlamışam uşaqlıq illərimi. Amma hər top qovan uşağın dilində hərənin özünə görə öydüyü bir oyunçu adı təxəllüsə çevrilərdi və beləcə hərənin özünün sevimli oyunçular qalereyası formalaşardı. Bəlkə də erkən tanıdığımdan qocalmış, hərçənd əldən düşməmiş, amma adı solmayan Banişevskinin təsiri mənim oyunçu standartlarımın etalonunu əvvəldən bəlli edib, qanıma, canıma hopub.

Amma ilk dəfə Maradonanı ekranda görəndən "Bu ki bizim "Banış"ın cavanlığıdır" demişəm. Hətta oyununa aşiq olduğum Rossi, daha sonra Platini və başqaları ilə onu müqayisə belə etmək istəmirdim. Futbolçu olmayacağımı elə uşaqlıqdan müəyyənləşdirsəm də, oyununu çox az izlədiyim, amma sonradan bir insan, bir şəxsiyyət, bir məşqçi kimi vurulduğum və etalona çevirdiyim Banişevskidən sonra Maradona futbolçu qalereyamda əbədiləşdi və böyüsəm də, o kürsüdən düşmədi. Banişevski, Maradona aşiqliyinə tutulduğum o illərdə bir ölüm xəbəri ilə ustadların dilindən eşitdiyim digər əfsanə haqqında kadrları izləyib ona da "Bu da bizim "Banışdır" dediyim vaxtlardan araşdırıb Qarrinçanın tərzinə, özünə və sözünə vuruldum. Beləcə, Qarrinçanı da etalonlar cərgəsinə əlavə edib, özüm üçün böyük (sonradan talesiz) dahilər üçbucağı müəyyən etdim.

Beləcə, mənim görüb sevdiyim futbolun meyarları Banişevski ilə başlayıb Maradona ilə davam edib, arayıb-axtardığım Qarrinça ilə bütünləşdi.

Noyabrın 26-da mənim bu üçbucağımın sonuncu dahisi haqq dünyasına qovuşdu. Futbol bəlkə də mənim üçün əbədi olaraq elə bu üçbucaqla tamamlanacaq. Yaşı 50-ni tamamlamış Qarrinça, yaşı 50-ni yenicə keçmiş Banişevski və 60-ından 27 gün ötmüş Maradona.

Əslində, onlar elə futbolu tərk etdikləri andan həyatla vidalaşmışdılar.

Maradona Sovet, xüsusən Azərbaycandakı 70-ci illərin futbolsevərlərinə gənclərin ikinci dünya çempionatından tanışlıq verib. Doğrudur, o vaxta qədər - 1978-ci ildə Menottinin komandaya cəlb etmədiyi fitri istedaddan çox bəhs edilib və buna görə də adı dillərə düşüb. Elə özü də ömrünün sonuna qədər o çempionatda iştirak etməməsinin xiffəti ilə yaşadı. Fəqət 1979-cu il onu dünyaya tanıdan əsas hadisəyə şahidlik etdi. Gənclərin ilk dünya çempionu qismində Tokioya yollanan SSRi yığmasının heyətində İqor Ponomaryov adlı Azərbaycan futbolunun yetirməsinin də ulduzu parlamışdı və o yarışı ilk günlərdən Azərbaycana sevdirmişdi. Finala qədər hər şey qaydasında idi və Ponomaryovun benefisləri, xüsusən Polşa ilə oyundakı yeganə və qələbə qolunun cazibəsi ilə gedirdi. Həlledici görüşdə Sovet gəncliyi argentinalı həmyaşıdlarına uduzdu. 3:1 hesabı ilə başa çatan matçda SSRİ-nin yeganə qolunu yenə Ponomaryov vurdu. Bir dəfə fərqlənən Maradona isə komandasının çempion tacının əsas səbəbkarı kimi məşhurlaşdı.
Mənim televiziya ekranlarından nəsə qanan bir uşaq kimi canlı izlədiyim ilk dünya çempionatında Maradona ilə tanışlığım başlandı. 1982-ci ildə ona qarşı amansız rəqiblər də, yəqin onun üslub və tərzini mənə sevdirdi, yaxınlaşdırdı. Braziliya ilə matçda az qalmışdı əfsanəvi braziliyalılarımdan küsüm. Mənə də yatmayıb matça baxmağa icazə verənlərin "Kişi kimi oyna" və s. ifadələrlə Maradonanı döyəcləyənlərə qəzəbləri, bəlkə də ədalət axtaran uşaq təfəkküründə bu sevginin yerini müəyyən etdi. Bəlkə də, onda Banişevskinin partlayışlarını gördüyümdən marağım və sonradan aşiqliyim başlanmışdı.

Yəqin bu da mənim üçün izahedilməz sirr kimi qalacaq. Elə o vurğunluqla "Napoli"dəki illərində, "Yuventus"baz olsam belə, Bakının qardaş şəhərinin komandasının Dieqolu uğurlarını özümdən də gizlicə özümə doğma bilirdim. Onun "Yuventus"a qələbə qolunun ekran təsvirləri nə qədər qəribə olsa da, məni çox razı salmışdı. "Verona"ya 40 metrdən məşhur qolu hələ də gözümün önündədir.
Bilardolu Argentinanın zəfər yolu isə bu gün də bir yarışa hazırlıq baxımından mənim üçün əsas şablondur. Ümumən, 1962-ci ildən yadigar kadrlarda gördüyüm Braziliya millisi və 1986-cı ildə hər qarşılaşmasını əyani izlədiyim Argentina seçməsi dünya çempionatlarında mənim üçün fərd-komanda prizmasından izahedilməz, həm də təkzibolunmaz uğurların şah əsərləri və bir çox həqiqətlərin fəlsəfi isbatıdır.

Bizə uzaq Meksikada yarışa hazırlıq keyfiyyətləri, liderliyi, həm də fantastik qolları, ötürmələri, sözləri ilə Maradona tarixə təkbaşına bir dərslik qoyub. Yarışdan əvvəl "Bu mənim çempionatım olacaq" ifadəsinə Pele belə cürət etməmişdi. Haqqında mahnı da qoşulan ("La mano de Dios") "Bu, Tanrının əli idi" ifadəsini hətta Pele söyləsəydi, bağışlamazdılar. Yeri gəlmişkən, 20 il sonra "Heç vaxt Tanrının əli" olmayıb, amma həqiqətən o vaxt “Tanrı özü bizə kömək etdi", daha iki il sonra isə "Geri dönüb tarixi dəyişə bilsəydim, mütləq edərdim. İndi isə o hərəkətimə görə yalnız üzr istəyə bilərəm", - deyən Maradona o vaxt da, sonra da səmimi qəbul edildi. Bu, sadəcə, onun meydandakı möcüzələrinə görə deyil, həm də əbədi uşaq xarakterinə, şıltaqlığına, dəliqanlılığına, comərdliyinə və ən əsası, məhz səmimiyyətinə görə qəbul edilən etiraflardır. Elə onu əbədiyyətə daşıyan 1986-cı il çempionatında Maradonanın vurduğu qol isə bu günə qədər tarixin "ən yaxşı qol"u hesab edilir.

Onun "kiçik dünya çempionatı" da adlandırılan "A" Seriyada "Napoli" ilə qazandığı uğurlar bu gün də neapolluların dünya tarixinə bəxş etdiyi unudulmaz səhifələr kimi düşüb.

1990-cı ilin dünya çempionatı... Bəlkə də ədalətliliyi şübhə doğuran o penalti olmasaydı, tarix də başqa cür davam edəcəkdi. Lakin o il hər şey qırıq-qırıq olmağa başladı. Dünya ikinciliyi, ardınca onun kokain sevdasının üzə çıxması, lakin futbola qayıdıb mini-möcüzələrə başlaması və yeni enişləri bir dahinin faciələrinin toplusunu topladı. O dünya çempionatı ilə necə parlamışdısa, elə parlaqlıqla, lakin faciəli sonluqla yola salındı. 1994-cü ildə rəsmi matç üzü görməyən Maradona mündialda iki oyunda komandasını yeni qələbə ümidlərinə doğru əsl lider kimi apardı, ölkəsinə də, böyük futbola idman intriqası gətirdi. İlk qələbədən sonra onun "Bu oyunu heç nəyə qadir olmadığımı iddia edən bədbinlərə həsr edirəm" deyən Maradona 3-cü qarşılaşmaya çıxmadı - qanında dopinq izi tapıldı. Tarixdə hələ uzun müzakirə olunacaq bu hadisədən sonra Argentina millisinin liderlərindən olan Redondonun sözləri ağrılı səslənir: "Mən səni axtarırdım, səni axtarırdım, bütün meydanda axtarırdım... Bütün oyun boyu səni axtardım, tapmadım". Bu sözlər mənim üçün ona görə tarixidir ki, o oyundan sonra meydanda hələ də Maradona axtarıram.

Dahiyanə futbolçular çox olub və olacaq da. Hətta Maradonadan sonra Argentina Messiyə də qovuşub. Lakin, məncə, dünya futbolu hələ də Maradona sorağındadır. "O dahidən bir də gələcəkmi?" sualının cavabını da Maradonanın öz dili ilə verək:
- Mənim ayağımı kəsdilər, - deyə 15 aylıq futboldan uzaqlaşdırılan Maradonanın sözləri, əslində, futbolla bağlı elə mənim də ürək sözlərimdir.

Maradona məşqçi də oldu, ekspert də, amma insan kimi yenə və yeni faciələr yaşadı. Nə futbola, nə də həyata qayıda bildi. Sanki "ayağımı kəsdilər" dediyi gün onu böyük həyatdan da sildilər. Yaşayan isə adı, xasiyyəti, imicinin kölgəsi oldu.
Bir hadisəni də deməsəm olmaz. XX əsrin futbolçusu seçimlərini FİFA dünya səsverməsi ilə təşkil etdi. Nəticədə, Maradona Peleni qabaqlayıb səsvermənin qalibi oldu. Amma futbol funksionerləri bunu ədalətli hesab etməyərək, hər iki futbolçunu bu titula layiq gördülər. Bu qərarın ədalətliliyini şübhə altına almıram, lakin keçirilmə qaydası və qərarın verilməsi özü ədalətsizdir. Bir əsrin heç yarısını da canlı izləməyənlər, görməyənlər 100-illik tarixə qiymət vermək haqqına malik olmamalıdırlar.

Oktyabrın 30-da Maradona 60 illiyini, demək olar ki, tənhalıqda qarşıladı. 27 gün sonra isə əbədi olaraq gözünü yumdu və dünyaya əbədi qalacaq vida sözləri də daim xatırlanacaq:

- “Əgər ikinci dəfə dünyaya gəlsəydim, yenə Dieqo Maradona - xalqı xöşbəxt edən futbolçu olmaq istərdim. Mənə bu da bəs edər".

Vaxtilə Qarrinçaya verilmiş ləqəbi xatırladım: "Xalqın səadəti". Şərhə çox da ehtiyacı olmayan bu sadə və səmimi sözləri Maradona özünə şərəf bilir. Bunu, sufiyanə desək, yalnız həqiqət və mərifət zirvəsində olanlar demək iqtidarındadırlar.
Maradona cismən artıq yoxdur. O, vətənində gözünü dünyaya "Dieqo" kimi açmışdı, "Dios" (Tanrı) kimi yumdu. O, sevdiyi və sevildiyi Neapolda ilahiləşdirildi. Dünya futbolundan isə bir tacı özü ilə apardı.

İndi bu dünya şıltaq "körpə"sini əbədi itirdiyi üçün ağlayır.
Yəqin...

İndi o biri dünya şıltaq "körpə"sinə əbədi qovuşduğu üçün sevinir.

BATI YAR

Xəbər 366 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru