“Mançester Yunayted”in qapıçısı David De Xea növbəti transfer pəncərəsində klubu tərk edə bilər.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, ispaniyalı qolkiper üç klubun – “Bavariya”, “Yuventus”, “Pari Sen-Jermen”in diqqətindədir.
David De Xeanın “Mançester Yunayted” ilə müqaviləsi 2023-cü ilin yayına qədər etibarlıdır. “Transfermarkt” saytına görə, müqavilənin dəyəri 27,5 milyon avro təşkil edir.
Qeyd edək ki, ispaniyalı futbolçu klubdan ayrılarsa, “Mançester Yunayted” yetirməsi Din Hendersona şans verə bilər.
|