Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Güləş Federasiyası karantin qaydalarına tam riayət edir
Tarix: 23.11.2020 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə əlaqədar bəyanat yayıb.

Koronavirus pandemiyası bütün dünyada geniş yayılıb. Təəssüf ki, ölkəmizdə də COVID-19 virusuna yoluxanların sayı artmaqdadır. Bu səbəbdən mart ayından etibarən ölkədə karantin rejimi tətbiq edilib. Nəticədə idman zalları və Olimpiya İdman kompleksləri müvəqqəti olaraq məşqlər üçün bağlanıb. Ancaq Gənclər və İdman Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, iyundan yığma komandaların təlim-məşq toplanışı keçirmələrinə icazə verilib.

Pandemiya Dünya Güləş Birliyinin (UWW) 2020-ci il üçün nəzərdə tutulan təqvim planına da böyük təsir göstərib. Əvvəlcə iyuladək bütün yarışlar təxirə salınıb. Daha sonra sentyabrda yeniyetmələr arasında dünya və Avropa çempionatlarının da bu il keçirilməyəcəyi açıqlandı. Bundan sonra bu yaş qrupu üzrə yığma komandalarımızın məşqləri dayandırıldı.

Oktyabrın 12-də keçirilən UWW-nin İcraiyyə Komitəsinin iclasında dekabrın 4-10-da Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan gənclər arasında dünya çempionatı da ləğv olundu. Təbii ki, bundan sonra Azərbaycan Güləş Federasiyası gənclərdən ibarət yığma komandaların da hazırlıq prosesini dayandırmaq barədə qərar qəbul edib.

Bəzi mətbu orqanlarda yerləşdirilən foto isə oktyabrın 6-da çəkilən görüntüdür. O zaman hələ gənclərin dünya çempionatı UWW-nin təqvim planında yer aldığı üçün bu yaş qrupu üzrə milli komandaların məşqləri keçirilirdi. Həmin yarış ləğv olunduğu tarixdən bu günədək Olimpiya Güləş Mərkəzində yalnız böyüklərdən ibarət milli komandalarımız təlim-məşq prosesi keçir.

Bütün təlim-məşq toplanışlarından əvvəl yığma komandaların bütün heyəti koronavirus testindən keçirilir. Testin nəticəsi pozitiv çıxan şəxslər dərhal karantinə alınır və müalicəsinə başlanılır. Təbii ki, həmin şəxslər heç bir halda məşqlərdə iştirak edə bilməz.

Ötən həftəsonu sərbəst güləş yığmamız növbəti dəfə testlərdən keçirilib. Nəticədə bir neçə idmançı və məşqçidə koronavirus aşkarlandığı üçün həmin şəxslər karantinə alınıb. Bu gün isə yunan-Roma güləşi üzrə milli komanda testdən keçirilib. Hal-hazırda yığma komandalarımız dekabrın 12-dən 18-dək Belqradda keçiriləcək fərdi dünya kubokuna əvvəlcədən müəyyənləşdirilən plan üzrə hazırlıq prosesini davam etdirirlər. Ümumiyyətlə, bütün dünya üzrə yığma komandalar gələn il keçiriləcək Olimpiadanın vacibliyini nəzərə alaraq, gigiyenik qaydalara riayət etməklə təlim-məşq toplanışı keçirlər.

Azərbaycan Güləş Federasiyası karantin qaydalarına tam riayət edir və pandemiya ilə bağlı bütün profilaktik tədbirlər (idmançı və məşqçilərin hərarəti hər məşqdən öncə yoxlanılır, federasiyanın bazası və ofisi mütəmadi dezinfeksiya edilir və s.) görülür.

Qeyd edək ki, ötən həftə dünyasını dəyişən gənc və yeniyetmə qızlardan ibarət yığmamızın məşqçisi İsaməddin Hüseynov bir neçə ay öncə ürək-damar sistemindən əməliyyat olunmuş və bu səbəbdən məşqlərdən azad edilmişdi.

AZƏRTAC
Xəbər 435 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru