Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
24/10 | 10:30 Azərbaycanın daha dörd cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
24/10 | 10:07 Azərbaycan millisi Polşa yığmasına məğlub olub
23/10 | 21:26 “Böyük dəbilqə” turnirində komandamız ilk medalını qazanıb
23/10 | 19:43 “Verder Bremen”in bir futbolçusu koronavirusa yoluxub
23/10 | 19:04 Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib
23/10 | 18:08 Prezident İlham Əliyev: Qubadlı rayonunun 4 kəndi işğaldan azad olunub
23/10 | 18:04 Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib
23/10 | 18:02 Cüdoçumuz Orxan Səfərov “Böyük dəbilqə” turnirində yarımfinala yüksəlib
23/10 | 17:39 Kinqsli Koman UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib
23/10 | 16:52 “Qarabağ”ın rəqibi yeni transferini açıqlayıb
23/10 | 16:15 İki cüdoçumuz “Böyük dəbilqə” turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb
23/10 | 13:15 Azərbaycanın beynəlxalq dərəcəli hakimi CEV tərəfindən yeni təyinat alıb
23/10 | 12:16 “İndiana” basketbol klubunun yeni baş məşqçisi məlum olub
23/10 | 11:57 Bu gün Azərbaycan millisi Polşa yığması ilə qarşılaşacaq
23/10 | 11:47 “Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
23/10 | 10:04 UEFA Avropa Liqasında qrup mərhələsində ilk turun oyunları yekunlaşıb
23/10 | 09:52 Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ilk matçını keçirib
22/10 | 21:28 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri bəlli olub
22/10 | 20:32 Türkiyədə iki futbol hakimində koronavirus aşkarlanıb
22/10 | 20:20 Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş mini futbol turniri keçirilib
22/10 | 20:16 Apelyasiya Arbitraj Tribunalı “Zirə”nin apelyasiya şikayətini təmin edib
22/10 | 19:26 Rapid üzrə kadetlər və yeniyetmələr arasında dünya çempionatı keçiriləcək
22/10 | 19:20 Azərbaycanın U-19 millisinin Bakıda təlim-məşq toplanışı olacaq
22/10 | 19:04 Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu
22/10 | 19:02 Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan rayonunun 13 kəndini və Ağbənd qəsəbəsini işğaldan azad edib
22/10 | 19:00 Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
22/10 | 18:59 Azərbaycan şahmatçısı Qran-Pri turnirində uğurla çıxış edib
22/10 | 18:19 “Böyük dəbilqə” turnirində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq
22/10 | 17:57 Karateçilər koronavirusdan yeni qorunma testini təcrübədən keçiriblər
22/10 | 17:47 "Sumqayıt" futbol klubu öz rekordunu yeniləyib
22/10 | 16:46 Braziliya çempionatında gözlənilməz nəticə qeydə alınıb
22/10 | 14:22 Azərbaycanın U-17 millisinin Bakıda təlim-məşq toplanışı olacaq
22/10 | 13:40 Üçüncü Avropa Oyunlarında mototrial idman növü üzrə nümayiş xarakterli yarışlar keçirilə bilər
22/10 | 13:14 FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
22/10 | 12:45 “Red Bull” komandası Aleksandr Albon ilə yollarını ayıra bilər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sabah 3 2 0 1 5-2 6
2 Sumqayıt 3 2 0 1 4-2 6
3 Neftçi 3 2 0 1 4-4 6
4 Keşlə 3 1 2 0 1-0 5
5 Qarabağ 3 1 1 1 3-2 4
6 Zirə 3 1 1 1 3-4 4
7 Qəbələ 3 0 2 1 1-4 2
8 Səbail 3 0 0 3 3-6 0
İdman Akademiyasının SABAH qrupu tələbələri onlayn təqdimat ediblər
Tarix: 24.09.2020 | Saat: 17:31:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman menecmenti və kommunikasiya ixtisasi üzrə təhsil alan SABAH qrupu tələbələri publisistika və kütləvi informasiya vasitələri fənnindən ilk seminar-məşğələ dərslərini onlayn qaydada təqdim ediblər.

Seminar-məşğələnin ssenarisi bu ixtisas üzrə təhsil alan 20 nəfərin hər birinin qeydi nəzərə alınmaqla tələbələr Ləman Sultanlı və Nərmin İbrahimova tərəfindən hazırlanıb.

Tələbələr Azərbaycan milli mətbuatının əsasını təşkil edən “Əkinçi” qəzetinin fəaliyyətə başlaması və millətini cahillik zəncirindən ayırıb işıqlı sabaha aparmaq istiqamətində Həsən bəy Zərdabinin fəaliyyətindən, dövrün görkəmli ziyalıları ilə bu istiqamətdəki müzakirələrindən, guya məhz əkin və ziraətdən danışacağını hədəfləyən “Əkinçi” adı altında əslində geniş və əhatəli fəaliyyətin həyata keçirilməsindən bəhs ediblər. Çətin və qarışıq bir dövrdə yaşayıb fəaliyyət göstərsə də, öz həmvətənlərini inkişaf edən xalqların sırasında görmək istəyən Həsən bəyin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə gəlmiş fransız müxbirin, eyni zamanda, qızı Qərib Soltanın xatirələrindən, Hacı Zeynalabdin Tağıyev ilə dialoqlarından, Mirzə Fətəli Axundzadə ilə məktublaşmasından, Seyid Əzim Şirvani və Nəcəf bəy Vəzirovla müzakirələrindən də danışılıb.

Bildirilib ki, “Əkinçi” insanları cəhalətə qarşı mübarizəyə çağırıb, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərib, qadın azadlığı və qadın təhsili ideyasına nail olub, cəhalətə qarşı kəskin çıxışlar edib, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərib. Tələbələr qəzetin maarifləşmə, müasirləşmə, məfkurə saflığı ilə özündən sonra bir sıra mətbu orqanların işıq üzü görməsinə, ictimai fikrin və ictimai düşüncənin, milli mənlik və milli kimlik şüurunun yaranmasına səbəb olduğunu deyərək “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Kaspi” qəzetlərinin yaranması dövründəki çətinliklərdən də söhbət açılıb. Həmçinin Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Firudun bəy Köçərlinin müxtəlif vaxtlarda “Əkinçi” haqqında söylədiyi fikirlərdən nümunələr gətirilib.

Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüş “Əkinçi” qəzetinin Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verməsi, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşması, qabaqcıl ideyaların təbliğində böyük xidmətləri haqqında söylədikləri fikirlər diqqətə çatdırılıb.

Onlayn təqdimat “Biz hamımız sabahıq, “Əkinçi”nin işıqlarını sönməyə qoymayan SABAH!”, - ifadəsi ilə başa çatıb.

Onlayn təqdimatda iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova, İdman menecmenti ixtisası üzrə dekan müavini Qərənfil Sadıqova, İdman psixologiyasının aspektləri fənnini tədris edən Nərmin Əhmədzadə, o cümlədən Publisistika və KİV fənninin müəllimi Pərvanə İbrahimova tələbələrin təqdimatını yüksək qiymətləndirib, obrazların təqdim edilmə bacarıqlarından məmnunluqlarını bildiriblər.
Xəbər 33 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.10.2020 Üçüncü Avropa Oyunlarında mototrial idman növü üzrə nümayiş xarakterli yarışlar keçirilə bilər
21.10.2020 Həbib Nurməhəmmədov Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib
19.10.2020 Ümumdünya Kapoeyra Federasiyası Azərbaycan idmançıları və xalqı ilə həmrəy olduğunu açıqlayıb
19.10.2020 Pandemiya dövründə MBA klublarının maliyyə itkiləri hesablanıb
16.10.2020 Azərbaycan fiqurlu konkisürəni Sankt-Peterbuqrda gümüş medal qazanıb
16.10.2020 Yaponiyanın Baş Naziri: “Tokio-2020” nəyin bahasına olursa-olsun keçiriləcək
15.10.2020 Albaniyalı futbolçu Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror hadisəsini kəskin qınayıb
15.10.2020 Fransanın “Olimpik” klubunun 7 üzvü koronavirusa yoluxub
15.10.2020 “Marafon” idman klubu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
15.10.2020 Xüsusi olimpiyaçılar arasında pauerliftinq üzrə respublika turniri keçirilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru