“Real”ın və Braziliya millisinin sabiq hücumçusu Ronaldo futbol tarixində ən yaxşı hesab etdiyi dörd oyunçunun adını açıqlayıb.
O, Pele, Maradona, Lionel Messi və Kriştiano Ronaldonu tarixin 4 ən yaxşı futbolçusu adlandırıb.
Ronaldo daha əvvəl “Barselona”nın hücumçusu Lionel Messinin, “Liverpul”un hücumçusu Məhəmməd Salahın, “Real”ın yarımmüdafiəçisi Eden Azarın, PSJ-nin futbolçuları Neymar və Kilian Mbappenin oyunlarını izlədiyini söyləyib. O, bu siyahıya “Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun adını daxil etməyib.
|