İyunun 7-də virtual Formula 2 Azərbaycan Qran-Prisi keçiriləcək.
Bakı şəhər halqasında keçiriləcək yarış üçün komandaların heyəti açıqlanıb. Yarışda “Carlin”, “ART Grand Prix”, DAMS, “UNI-Virtuosi”, “PREMA Racing”, “Charouz Racing System”, “Campos Racing”, “MP Motorsport”, BWT HWA RACELAB və “Trident” komandaları iki pilotla təmsil olunacaq.
Çempionat “YouTube”, “Twitch” və “Facebook” vasitəsilə canlı yayımlanacaq.
Formula 2 və Formula 3 yarışlarının yeni mövsümünə iyulun əvvəlində Avstriyada start veriləcək.
|