Avropa klublarının fanat qrupları birləşərək futbol üzrə ölkə çempionatlarının bərpa olunmasına etirazlarını bildiriblər.
400-dən artıq fanat qrupu müraciət imzalayıb. Əsasən italyan azarkeşlərdən ibarət qruplara, İspaniya, Almaniya, Belçika və digər Avropa ölkələrindən də futbol həvəskarları qoşulublar.
Azarkeşlər koronavirus pandemiyasının Avropada hökm sürdüyü bir vaxtda çempionatların bərpa olunmasını məqsədəuyğun saymırlar. Həmçinin oyunların azarkeşsiz keçirilməsini tənqid edirlər.
Qeyd edək ki, Avropa ölkələrində futbol yarışlarının bərpa olunacağı tarixlər tədricən açıqlanır. Artıq Danimarka, İtaliya, Çexiya, Almaniya, Portuqaliya və digər ölkələrdə çempionatların bərpa tarixi müəyyənləşib.
|