Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Tarix: 13.05.2020 | Saat: 07:16:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

“Hər mənfinin bir müsbəti var" - ümid, inam hissi ilə

Koronavirus (COVID-19) iqtisadiyyata, biznes, sənaye mühitinə, ümumən, insan həyatına, hətta onun psixologiyasına, xəyallarına təsirləri ilə mənfi hadisə, bir bəla kimi qiymətləndirilir. Amma unuduruq ki, hər şeyi milyonlar, milyardlarla vəsaitə, pula, maliyyəyə bağlayanda, belə olacaq. Bəli insan hıyatına qənim ksildiyi üçün bu, bir bəladır. Amma hər şey həqiqətənmi deyilən kimidir?

Gəlin özümüzə sual verək: məgər həyatın təməli maliyyədirmi, puldurmu?! Yoxsa insan özü-özünü elə özünün də icad etdiyi bir məfhumun, özü də heç bu icadın məhsulu olan əmtəənin də deyil, ona verdiyi maddi-rəmzi dəyərin - pulun quluna çevirib? Bəs insanı bu dünyaya gətirən ülvi hissləri və insanı insana bağlayan telləri, mərhəməti və rəhmi, sevgini və eşqi var edən qüvvələr necə olsun?! Yoxsa insana, bəşəriyyətə sıranmış bu təxəyyül, bu təfəkkürün - kağız varlığı ilə özümüzdən də yuxarı qoyduğumuz virtuallığın daimi olacağına inanırıq.

Gəlin, dediklərimi bir proloq kimi qəbul edib, bir həqiqətin - bu günlərin əsas hesabatlarının izinə düşək, yəni idman dünyasının koronaviruslu ziyan hesabatlarına nəzər salaq. Hə, əlbəttə, bir nəticə hasil etmədən ritorik notlarla yazımızı epiloqla tamamlayaq.

Bu yaxınlarda Dünya İqtisadiyyat Forumu koronavirusun (COVID-19) idman aləminə təsirindən yazıb. Yazıb ki, pandemiya dövründə sosial məsafə anlayışı idman yarışlarına təsiri ilə yanaşı, ilk növbədə, təqvimi alt-üst edib. İdman sənayesi 2018-ci ildə 471 milyard dollar təşkil etmişdi. Bu isə 2011-ci illə müqayisədə 45 % artım deməkdir.

İdman yarışlarının əsas gəlir mənbəyi teleradioyayım (media hüquqların satışı), kommersiya (sponsor və reklam tərəfdaşlığı) və yarış (bilet, oyun reklamları və s.) gəlirləridir.

Əlbəttə, gəlirlərin əhəmiyyətli hissəsi media hüquqlarıdır. Son 5 il ərzində ən böyük turnirlərin bu gəlirləri artan templə inkişaf edib. Dünya üzrə bu rəqəm təxminən 50 milyard dollara bərabər olub. Onun 60 faizi isə üst-üstə 10 peşəkar turnirin payına düşür. Nümunə üçün NBA qeyd oluna bilər: 9-illik müqavilənin dəyəri 24 milyar dollardır. İngiltərə futbol Premyer liqasının 3-illik sazişinin dəyəri 12 milyard dollara bərabərdir. Amerika beysbol liqası isə 7-illik yayım hüququnu 5 milyard dollara satıb.

İndi bütün bunlar böyük təhlükə altındadır. Doğrudur, futbolda Almaniyada mövsüm bərpa olunur, İspaniyada məşqlər başlanır, İtaliya və İngiltərə hazırlaşır. Amma Fransa mövsümə yekun vurub, çünki avqusta qədər bütün yarışlar ləğv olunub. O biri növlər üzrə turnirlərdən, ən əsasları, NBA, NHL də hərəkətə gəlir.
İndi keçək başqa bir nüfuzlu mənbənin futbollu hesablamalarına.

Yuxarıda sadalananlar yaxın gələcəyin itkiləridir. Ümumən futbol perspektivdə kommersiya və sponsor müqavilələrinin azalmasını, fond birjalarında səhmlərin dəyərdən düşməsini, mövsümlərarası dövrdə Amerika və Asiya turneləri kimi gəlir mənbələrinin itirilməsini, azarkeşsiz oyunları və s. bu kimi itkiləri də nəzərə almalıdır.

Xüsusən futbolun əsas hərəkətverici qüvvəsi - klublar mövsümün bərpasını nə üçün istəyir? Cavab sadədir: yoxsa əsas gəlir mənbələrindən olan TV yayım hüquqlarından vəsait əldə olunmayacaq. Bu mənada İngiltərə Premyer liqası xüsusi yer tutur. Burada TV-gəlirlər klub büdcəsinin əsas hissəsini təşkil edir və bu mənada "Dumanlı Albion" dünya lideridir. Ümumən, Avropa "futbol beşliyi"nin 4 milyard avroya qədər itkisi mümkündür. Mövsüm bərpa olunsa, bu itkiləri qismən və ya əsaslı şəkildə xilas etmək olar.

Gəlin "Böyük beşlik"də gəlirlərin sxeminə nəzər salaq:

TV-gəlirlər: İngiltərə - 53%, İtaliya - 47 %, İspaniya - 42%, Fransa - 37%, Almaniya - 34%.

Sponsor gəlirləri: Almaniya - 38%, İspaniya - 27%, İngiltərə - 26 %, İtaliya - 25%, Fransa - 24%.

Oyun gəlirləri: İspaniya - 18%, Fransa və Almaniya - 16 %, İngiltərə - 13%, İtaliya - 12%.

İngiltərədə mövsümün təxminən 1/3 hissəsi oynanılmamış qalır. Bu isə külli miqdarda itki deməkdir. Hərçənd Premyer liqanın gəlirlərinin 60 faizdən artığına sahib çıxan böyük 6 klub bu mənada hələ sudan quru çıxa bilər. Amma digər klublar tamamilə TV-gəlirlərdən asılıdırlar. Bu itki onların iflası deməkdir. Məsələn, "Bornmut" 88%, "Uotford" 84%, "Börnli" 83% və s. bu pullardan tam asılıdırlar. Bu sırada "Norviç" 28%, "Şeffild Yunayted" 40%, "Aston Villa" 41 faizlə daha az asılı olsalar da, Mançesterin "Yunayted" və "Siti"si, Londonun "Çelsi", "Arsenal" və "Tottenhem"i, habelə "Liverpul" kimi nəhənglər də 40-55 % civarında TV-gəlirlərə möhtacdırlar. Bu səbəbdən çempionatın keçirilməsində göstərilən israr anlaşılandır.
Almaniyada da eyni mənzərədir. Hətta "Verder" və "Şalke-04" kimi klublar iflas elan etməyə yaxın olduqlarını bildiriblər.

Hə, onu da qeyd edək ki, klublar oyun günü üçün gəlirlərini, əsasən, itirmiş saya bilərlər - tamaşaçı olmayacaq, ekran qarşısında qalacaq.

Mövsüm bərpa olunmasa, itkilərə baxaq: İngiltərə - 1,35 milyard (800 milyon TV-gəlir itkisi), İspaniya - 600 milyon, "A" Seriya - 450 milyon, Bundesliqa - 400 milyon, Liqa 1 - 200 milyon avro.

Sponsor və kommersiya itkilərinə də nəzər yetirək. Burada sponsorun fəaliyyət sektoru daha vacibdir. Məsələn, böyük aviaşirkətlər son illərdə futbolu fəth edirdilər. Onlar indi öz bizneslərini iflasdan qorumağa çalışırlar. Üstəlik, klublarla bağlanmış müqavilələrin detalları da çox vacibdir: hansı müddətə, hansı şərtlə. İndi əsas məsələ klubların onlarla aparacaqları danışıqlardır. Ümumən, gəlirlərin, ən yaxşı halda, 15-20 % azalması qaçılmazdır.

Son illər transferlər əsl sürət yürüşünə çevrilmişdi - fantastik müqavilələr bir-birini əvəz edirdi. Artıq oyunçuları ilə məvacibin azaldalmısı barədə danışıqlar aparan klublar, yəqin ki, yaxın gələcəkdə artıq bu işlərə maliyyə sərf etməzdən əvvəl yüz ölçüb bir biçəcəklər. Ola bilsin ki, dərin böhrana girən klublar hətta bahalı ulduzlarından yaxa qurtarmağa çalışsınlar. Yeri gəlmişkən, "Yuventus", "Roma", "Bavariya", Madrid "Real"ı və "Atletiko"su, "Barselona", "Arsenal" və bir çox başqa ad-sanlı klublar artıq məvaciblərin azaldılması ilə bağlı oyunçuların razılığını alıblar. Ümumən, futbolçuların dəyərinin, ən azı, 28 % aşağı düşəcəyi gözlənilir. Hətta məşhur "Transfermarket" indidən öz hesablarını 10-20 % azaltmaqla aparır. Bu xüsusda istedadlı gənclərindən əsaslı qazanc götürən klublar onları dəyər-dəyməzinə satacaqlar. Məsələn, hesablanıb ki, gənc istedadların satışında öndə olan Fransa liqalarının itkisi 160-200 milyon avro səviyyəsində olacaq.

Bütün bunlar yarış formatlarına da təsir edəcək. Məsələn, İngiltərədə Liqa 1 və 2-lərin bölgə yarışlarına çevrilməsi təklifi də artıq səsləndirilib.

Bir sözlə, artıq futbol çoxdan müzakirə olunan və gündən-günə, sərhəd tanımadan dəyişən, açıq desək, bəzən azğınlaşıb həyasızlaşan rəqəmlər dünyasından qəfil ölçülüb-biçilmiş bir biznes strukturuna, iqtisadi təsərrüfata çevrilir.

Yaxşıdır, ya pis. Bunu zaman göstərəcək. Amma bununla "hara gedirik?" kimi suallardan yaxa qurtaracaq futbol bəlkə daha biznes deyil, milyonların bir idman növü kimi tamaşa sevincini, sağlamlıq arzularını özünə qaytardı. İspaniyada bu bəla başlayanda bir epidemioloqun sözlərini də xatırlatmağa dəyər (sonradan mübaliğə yalanı olduğu üzə çıxdı): "futbolçulara ayda milyonlar, bioloqa cəmi 1800 avro? Gedin indi Messi ilə Ronaldudan vaksininizi istəyin?".

Lətifəsinin uzaq olmasını istəsək də, amma sözlərdəki həqiqət danılmazdır. Milyonlarla vəsait, piar, reklam futbolu ulduzların meydandankənar savaşları dünyasına çevirmişdi. Dünya Messi ilə Ronaldunun çəkildikləri reklamların mübahisə gündəmini daha şox müzakirə etməyə başlamışdı. Neymarın oyunu deyil, klubdan-kluba hansı rekord qiymətə satılacağı gündəmdə idi. Hansısa yeni parlayan ulduzun fantastik qiymətə satılması onun oyunçu potensialı ilə deyil, klublara gətirəcəyi milyonlarla ölçülürdü. Nəhayət, futbolçuların istedadı deyil, onların piar menecerlərinin əlindəki "mal"ı necə tərif edib daha baha satacağı futbolu əsl bazara çevirmişdi. Bu mənada okeanın o tayının məşhur növləri olan basketbolu, hokkeyi, beysbolu, Amerika futbolunu haradasa istisna etmək olar. Çünki orada real bazar ilə əsl idman tamaşası qoşa addımlayırdı və son illərdə limitlərlə tarazlaşdırılmışdı.
Bax, belə. Bəlkə də koronavirus təbiətin, həqiqətin, artıq pozulmaqda olan səflərin hayqıran səsidir. Bəlkə "özünə qayıt" çağırışıdır.

Əgər belədirsə...

... yaxın illərdə idmanın da siması dəyişəcək. Yəni dünya ayılıb idmana, tam olmasa da, əsasən tamaşa və sağlamlığın rəhni gözü ilə baxmağa başlaya bilər. Bu elə dopinqlə mübarizələrdən tutmuş güclülərin zəifləri udduğu bir dünyaya "dayan" əmri, yeni gələcəyə bir təkan ola bilər. Koronavirus ekoloji tarazlığı bərpa edən təbiətin üsyanı, idmanı da özünə qaytaran bir təbii qüvvə, bəlkə də bir gün vaxtında püskürmüş sosial vulkan sayılacaq.

Hələlik koronavirus canlar alan əzrayıldır, Amma bununla bahəm, yaxın gələcəkdə həm də və sadəcə, hər şeyi öz məcrasına qaytaran ümid kimi tanınması da mümkündür. Belə olsa, onun da imici yaddaşlarda pisi, amma bir gün yaxşısı ilə tarazlıq yaradacaq.


Xəbər 2911 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru